hadise
9.02.2018, 16:16
Salyanda narkotiklə tutulan şəxs boğazını kəsib

Salyanda polis narkotiklərlə mübarizə tədbirləri çərçivəsində keçirilən tədbirlər zamanı saxlanılan şübhəli şəxsi özünə xəsarət yetirib.
Salyan sakini, 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Zeynalabdin oğlu narkotiklə saxlanılan zaman boğazını ülgüclə kəsib. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır. (APA)


