Eldar Əzizov: Bayılda təhlükəli sahədə yerləşən tikililər plansız, bünövrəsiz və bir gecəyə tikilən evlərdir













"Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərir, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub. Bunun da nəticəsində sürüşməyə meylliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb”.
Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Onun sözlərinə görə, icra hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb: "Əhalinin bu ərazidən vaxtında köçürülməsi ilə əlaqədar xəsarət alan olmayıb”.
E. Əzizov bildirib ki, hazırda da RİH nümayəndələri ərazidədirlər və Nazirlər Kabinetinin verəcəyi qərara uyğun müvafiq tədbirlər həyata keçiriləcək: "Bu ərazidə sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər də olub. Sonuncu böyük sürüşmə hadisəsi 2000-ci ildə baş verib. Bundan sonrakı vaxtlarda da ara-sıra bu ərazidə kiçik sürüşmələr olur.
19-cu əsrdə Bayılın bu hissəsində ümumiyyətlə yaşayış olmayıb. Lakin həmin dövrdə də bu ərazidə sürüşmə prosesləri baş verib. Apardığımız araşdırmalar nəticəsində Bayıl yamacındakı tikililərin faiz baxımından təqribən 20-25 %-in ötən əsrin 60-70-cı illərində, qalanlarının da 1990-2000-ci illərdə qeyri-qanuni 1 gecəyə tikildiyi evlər olduğu müəyyən edilib. Sakinlər bu evləri qeyri-rəsmi münasibətlərə girərək qanunsuz olaraq tikib. Lakin bütün bunlara baxmayaraq, bu gün dövlətimiz ayrı-seçkilik etmədən orada yaşayan insanların hər birinin qayğısına qalır. Bayılda baş verən sürüşmənin səbəbləri barədə tam dəqiq söz demək, münasibət bildirmək hələ tezdir. Ancaq mütəxəssislərin ilkin verdikləri rəyə görə sürüşmə aktivliyi torpağın daxilində baş verən proseslərlə əlaqədardır. Sürüşmə təbii prosesdir. İnsanlar öz fəaliyyətləri ilə bu prosesin sürətlənməsinə sadəcə olaraq az da olsa təsir edə bilərlər. Təhlükəli sahə hesab olunan ərazidə yerləşən tikililər 1 mərtəbəli, plansız, bünövrəsiz 1 gecəyə tikilən zəif evlərdir”.
E. Əzizov qeyd edib ki, hadisələrin cərəyan etdiyi ilk gündən rayon rəhbərliyi, rayonun bütün xidmətləri, bələdiyyə və ictimaiyyət nümayəndələri sakinlərin yanındadır: "Son 2 gündə burada sakinlərlə 10-dan çox görüş keçirilib, mövcud vəziyyət, onun aradan qaldırılması ilə bağlı görülən və görülməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilib, vətəndaşların sualları cavablandırılıb. Ərazidən köçürülən sakinlərin əmlakının qorunması, təhlükəli zonaya insanların buraxılmaması üçün postlar yaradılıb. RİH tərəfindən 163 nömrəli məktəbdə yaradılan sığınacaqda vətəndaşlar üçün hər cür şərait yaradılıb”./Xezerxeber.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər