Sərnişinlər "Bakubus"ın sürücüsünü təhqir etdilər (VİDEO)













İctimai nəqliyyatın təhlükəsiz və rahat fəaliyyətini təmin etmək üçün vacib olan şərtlərdən biri də bu xidmətdən istifadə edən sərnişinlərin qoyulan tələblərə və qaydalara əməl etməsi ilə bağlıdır.

Elə buna görə də uzun müddətdən bəri “BakuBus” avtobuslarının salonunda sərnişinlər üçün təhlükəsizlik və davranış qaydaları fasiləsiz olaraq səsləndirilməkdədir. Ancaq təəssüf ki, buna baxmayaraq hələ də bəzi sərnişinlərimiz hər gün həmin anonslarda səsləndirilən qaydaları pozmaqda israr edirlər. Qaydalara görə sərnişinlər avtobusu gözləyərkən yolun hərəkət hissəsinə çıxmamalıdır. Bu sərnişinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı həm də avtobusun dayanacağa normal daxil olmasına və çıxmasına ciddi maneə yaradır.

Təqdim olunan videogörüntüdə sərnişinlərin avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları və sərnişinin sürücünü günahsız yerə təhqir etməsi əks olunur.

Hadisə 08.02.2018-ci il tarixində saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə N.Nərimanov m/s-dan 20-ci sahə istiqamətinə hərəkət edən “BakuBus”a məxsus 99-JX-221 dövlət qeydiyyat nişanlı avtobusun Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib.

Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişinlər avtobusun guya onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir.

Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər.

Bir daha sərnişinlərimizi qaydalara əməl dəvət edir, onları avtobusun hərəkət zolağına çıxmamağa, təhlükəsizlik və davranış qaydaılarına əməl etməyə çağırırıq./BAKU.WS

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər