Bakıda 250 min dollara it satılır: “Biri villa ilə barter təklif etdi, tibetli razılaşmadı…”














Afrika meymunundan tutmuş İran pişiyinə, qurbağadan tutmuş soxulcana, ekzotik tısbağaya qədər nə istəsən bu saytda tapmaq olar. Söhbət Azərbaycanın son vaxtlar sürətlə populyarlaşan, əvvəllər daha çox evdar qadınların işlənmiş ev əşyalarını satışa çıxarmaq üçün yararlandığı alqı-satqı saytından gedir.

"heyvanlar” bölməsində yerləşdirilmiş elanlarda ən müxtəlif canlılar, o cümlədən ekzotik heyvanlar təklif olunur. Məsələn, saytda elan yerləşdirmiş şəxs 120-250 ədədi 5 manata Kaliforniya soxulcanı təklif edir. Elan sahibi inandırır ki, soxulcanlar torpağı münbitləşdirir və əlbəttə ki, balıq tutmaqda işə yarayır.

"Bu soxulcanlarla kənd təsərrüfati üçün dünyada ən keyfiyyətli ekoloji təmiz təbii gübrə – biohumus hazırlamaq olur.Soxulcanlar üzvi tullantılarla qidalanırlar . Kənd təsərrüfatında torpağın münbitləşdirilməsi üçün təbii vasitə kimi istifadə etmək olur.Balıq tutmaq üçün də yaxşı sağlam soxulcanlardır”-elan müəllifi bildirir.

Saytda ən çoxit və pişik satışı elanlarına rast gəlmək olur. Qiymətlər isə əlbətdə, çox müxtəlifdir. Qafqaz cinsinə aid olan it 600 manat, labrador balaları isə 500 manata təklif olunur. Saytda həmçinin təmiz sivas kangalı it cinslərinin Türkiyədən sifarişi də təmin olunur. Bütün sənədləri ilə gətirilən heyvanların qiymətləri isə 1600 manatdan başlayır, 5000-10000-ə qədər davam edir.

Satışda qiyməti 2 min manat olan Amerika Akita it cinsi, 10 min manata satılan Qurdbasara da rast gəldik.

"Scottish fold” pisiyi 500 manat,"Şinşila” (İran pişiyi) isə 400 manata təklif olunur. Sahibinin sözlərinə görə, bu cins pişiklər sahibinə 3 ay ərzində öyrəşə bilir: "Pişik Türkiyədən gəlib. çox mehriban pişikdir. Cinsi "şinşila”dır (iran pişiyi), 2 yaşı təzə olub. Bütün peyvəndləri olunub. Pasportu da var. Alan adamın adına keçirilir. Bu cins pişiklər 3 ay müddətində sahibinə öyrəşir. Üstündə öz əşyaları (tualet qabı, daşıyıcı səbəti, yemək qabı, dırnaq qayçısı, darağı, ipi, şapmunu) ilə birgə verilir. Evdə təzə doğulmuş uşaq olduğuna görə satıram”.

Saytda donuz satan da tapdıq. Məlum oldu ki, çəkisi 28-32 kq arası olan17 baş donuz 5 min 500 manata təklif olunur.

Digər elanda isəsatıcı 15 manata satışa çıxardığı tısbağasını tərifləyir:"Quru tisbağasıdır, təmiz saxlayıram.Çimizdirirəm, dırnağına lak çəkirəm, evdə saxlayıram. Yemək almağa da ehtiyac yoxdur, nə olsa yeyir – xiyar, kahı, pomidor, kartof. Həm də çox yemir. Orta ölçüdədir – 15 sm. İnsanı dişləmir”.

Saytda meymun satanlar da az deyil.Qiymətlər isə 2500-3000 manat arasında dəyişir.Bundan başqa,meymunu günü100 manata icarəyə verən də var.

Pasportlu Makaka meymunun qiyməti isə 2500 manatdır: "Makaka meymun 2 yaşındadır. Çox ağıllı meymundur. Əhliləşib, insan kimi dil başa düşür . Həm də maraqlı bacarıqları var. Pasportu var, bütün peyvəndləri vurulub”.

Lakin saytda ən maraqlı və qeyri-adi elan "Tibet mastifi” cinsindən olan küçüklə bağlıdır. Belə ki, elanda bu it balasının 250 min dollara (!) satıldığı göstərilir. Axı bu nə küçükdür ki, qiyməti Bakının mərkəzində 3-4 otaqlı evin qiymətinə bərabərdir vəhansı özəlliyi onu bu cür baha edir?

Elanı yerləşdirən şəxslə-Vüsal Əsədovla əlaqə saxladıq. O bildirdi ki, it nadir cinsdəndir, ona görə də belə bahadır."Bu itin qara rəngli dişi cinsini 23 min dollara, erkəyini isə 15 min dollara Azərbaycana gətirmişəm. Amma indiki – ağ rəngli it nadir tapıldığına görə bu qədər bahadır. Elanını saytda yerləşdirəndən sonra Azərbaycandan bir nəfər zəng edib bağ evi ilə barter etmək istədiyini bildirdi. Amma itin tibetli sahibi üçün Azərbaycanda bağ evi almaq maraqlı olmadığına görə təklifdən imtina etdilər”-V.Əsədov deyir.

Belə məlum olur ki, Vüsal Əsədov xaricdən cins itlərin sifarişlə gətirilməsi ilə neçə vaxtdır məşğuldur. Elan sahibi deyir ki, Ukraynada təhsil alıb və orada çoxlu tanışlar tapıb.

"Xaricdən sifarişlə it gətirmək işinə o vaxtdan başladım. Sifariş olsa istənilən cinsdən it gətirə bilərəm. Sifarişsiz bu işlə məşğul olmuram. Çünki bir dəfə özbaşıma gətirdim, sonra iti alan olmadı, üstümdə qaldı. Ona görə də sifarişi verərkən müştəri heyvanın qiymətinin 50 faizini ödəməlidir. Qalan hissəsi isə it təhvil veriləndə ödənir”.

Vüsal Əsədov deyir ki, gətirdiyi itlərin bütün sənədləri qaydasında olur və sağlamlığına təminat verilir: "Mən itləri Çindən, Rusiyadan, Tatarıstandan və başqa ölkələrdən gətirirəm. Bu itlər təyyarə ilə gətirilir, adətən 5-8, maksimum 12 günə sifarişçiyə çatdırılır. Gömrükdə də heç bir problem olmur, çünki heyvanların doğum sənədləri, çipləri, sağlamlıq kartları var. Ölkəyə keçirərkən veterinar nəzarətindən keçir. İndiyə qədərəsasən 10-15 min dollarlıq itlər gətirmişəm”.

Nə demək olar, Allah 250 min dollarlıq iti satmağda da bazar yetirsin. Bu itə görə Bakıda villa təklif edən tapılıbsa yəqin nəğd pul təklif edən də tapılar…

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər