hadise
15.02.2018, 16:49
AFFA-nın sabiq prezidentinin oğlunun öldüyü qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO – FOTO

Sabirabad rayonunun Həşimxanlı kəndində “Jeep” markalı minik avtomobili su kanalına aşıb.
Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Anar Mirzəyev sabiq AFFA prezidenti Ramiz Mirzəyevin oğludur.
Xatırladaq ki, ötən il Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev də avtomobil qəzasında həlak olmuşdu./ARB TV


