İSMAYILLIDA DƏHŞƏT: Arvadının başqa kişi ilə münasibətini öyrəndi, xəncərlə doğradı













İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: "Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: "Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim". İsmayıllı rayonunda arvadını xəncərlə doğrayaraq qətlə yetirməkdə ittiham olunan rayon sakini, 1968-ci il təvəllüdlü Şamil Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, cinayət hadisəsi 2016-cı ilin sentyabrın 25-də İsmayıllı rayonun Sulud kəndi ərazisində qeydə alınıb. Kənd sakini Şamil Hacıyev aralarında baş verən ailə münaqişəsi zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü Humay Hacıyevaya boğaz, ağız, qarın və sinə nahiyəsindən xəncərlə 12 dəfə xəsarət yetirib.

İki övladı olan Humay Hacıyeva ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, hadisədən əvvəl qadın və həyat yoldaşı Bakıda işləyib. Onların arasında qısqanclıq zəminində dava düşüb. Kişi həyat yoldaşını İsmayıllıdakı evinə gətirib və işgəncə ilə onu öldürmək istəyib. Sonda o, istəyinə nail ola bilib. Hadisəni törədən Şamil Hacıyev tutularaq istintaqa təhvil verilib.
İstintaq orqanı tərəfindən Şamil Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil Hacıyev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, arvadı ilə birlikdə bir neçə il əvvəl Bakıya köçüb. Paytaxtda kirayədə yaşayan kişi qeyd edib ki, fərdi əməklə məşğul olub. Onun sözlərinə görə,arvadı da şirniyyat sexlərindən birində işləyib.

Şamil Hacıyevin sözlərinə görə, arvadının başqa kişi ilə münasibət qurmasından şübhələnib. O, şübhələrini izləməklə öyrənə bilib: "Arvadımı öldürmək niyyətim olmayıb. Ona işgəncə vermək, dərsini almağı düşünməsini istəmişəm. Bu məqsədlə hadisədən bir gün əvvəl İsmayıllıya qayıtdıq. Evdə olan zaman onunla mübahisə etdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, arvadını öldürmək niyyəti olmayıb: "Məqsədim ona işgəncə vermək idi. Bu səbəbdən evdə saxladığım xəncərlə onun bədənini müxtəlif nahiyələrinə xəsarət yetirdim"./ölkə.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər