Tacikistan Azərbaycanın “ASAN xidmət” brendinə maraq göstərir













Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə bu ölkənin İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin sədri Farrux Xamralizoda ilə görüşüb.

danışıqlarda iki ölkə arasında siyasi sahədə səmimi dostluq münasibətlərinin ticari-iqtisadi əlaqələrin dərinləşməsinə kömək edəcəyi vurğulanıb. Sərmayə qoyuluşu sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə Tacikistanın investisiyaya ehtiyac duyan konkret sahələrinə dair layihələrin baxılmaq üçün Azərbaycan tərəfinə təqdim edilməsi məsələləri müzakirə olunub.

Səfir ölkəmizin iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verib və regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb.

F.Xamralizoda komitənin fəaliyyəti, əməkdaşlıq məsələləri, Tacikistanda həyata keçirilən yerli və regional layihələr barədə qısa məlumat verib. O, Azərbaycanın dinamik inkişafının, uğurlarının diqqətdə saxlanıldığını qeyd edib. Tacikistanda xarici investisiya üçün əlverişli şərait yaradıldığını, qanunvericilik bazasının - İnvestisiya haqqında və Beynəlxalq müqavilələr haqqında qanunların, vergi və gömrük məcəllələrinin formalaşdırıldığını bildirib.

H.Məmmədzadə "ASAN xidmət” haqqında ətraflı məlumat verib, bu xidmətin son illərdə Azərbaycanın brendi kimi dünyada tanındığını bildirib. Səfir 2018-ci ilin Tacikistanda "Turizm və əl işləri sənəti ili” elan olunmasını nəzərə alaraq "ABAD” layihəsi barədə məlumat verib və bu sahədə Azərbaycan tərəfinin Tacikistana yardım göstərməyə hazır olduğunu diqqətə çatdırıb./AZƏRTAC-a

Vurğulanıb ki, Tacikistan tərəfi "ASAN xidmət” təcrübəsinə maraq göstərir və gələcəkdə analoji qurumun yaradılması ilə məhz İnvestisiya və Dövlət Əmlakının İdarə Olunması Məsələləri üzrə Dövlət Komitəsinin məşğul olması nəzərdə tutulur./

Oxunub: 943

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər