Oqtay Şirəliyevin nəzərinə -Sabunçu 2 saylı Doğum Evində RÜŞVƏT qanuniləşdirilib/VİDEO









Bildirək ki, Sabunçu rayon, 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında hamilə qadınlardan necə rüşvət tələb olunmasını əks etdirən videosüjet yayımlamışdıq.

Qeyd etmişdik ki, “hörmət” müqabilində həkimlər uşağın cinsiyyətini demək üçün az qala qiymət cədvəli tərtib ediblər.

Video ilə bağlı Səhiyyə Nazirliyindən hələ ki, heç bir münasibət bildirilməyib.

Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evində özbaşınalıqlar baş verir. Doğum Evinin müdirəsi Mehriban Abasquliyeva sözün həqiqi mənasında bazar açıb. Belə ki, sözügedən tibb ocağında ana olmaq istəyənlər əsl soyğuna məruz qalır. Onlara palatadan tutmuş, dərmana qədər hər şey satılır. Qeyd edək ki, Abasquliyevanın təlimatı əsasəndə hətta kiçik tibb bacısı belə xəstənin yanından «ver görüm» demədən keçə bilməz. Əldə etdiyimiz məlumatlara görə, 2 saylı Doğum Evində palatalar iki yerə bölünür. Birinci yerə adi palatalar aiddir ki, onun üçün elə də pul tələb olunmur. Amma ikinci yerə daxil olan palatalar isə tam komfortludur. «Divarda televizor, küncdə soyuducu, yumuşaq döşək sərilmiş çarpayı, uşağın rahat yatması üçün beşik, kondisioner və sairə. Hərçənd bu otaqlara baxan tibb bacıları xəstələrin «dərisini soymaq»dan xüsusi həzz alırlar. Çünki 1-ci dərəcəli palatada hər hansı bir xidmət üçün 1-2 manat istəyirlərsə, digərində bu rəqəm 5 manatdan başlayır. Otağın həftəlik qiyməti isə 150 manatdır».

«Təsəvvür edin ki, qapıdan içəri girən kimi, durumuna baxan yoxdur. Yalnız pul tələb edirlər. Filan şeyə pul ver, filan şey yoxdur, ona da pul ver. Bu proses cərrah bıçağı altına düşənə qədər davam edir. 2 saylı Doğum Evində bəri başdan pul verilməsə, adam xəstəxananın ortasında ölsə belə yenə onu doğuşa qəbul etmirlər».
Mehriban Abbasquliyeva həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədridir. Baş həkimin qanuna sığmayan işlərindən söz açan mənbə bildirdi ki, Mehriban Abbasquliyevanın qılıncının arxası də kəsir, qabağı da: “Baş həkim YAP-ın Sabunçu rayon təşkilatının sədri olmasından necə lazımdırsa istifadə edir. Bu adamın arxasında kim dayanıb bilmirəm, amma özündən çox arxayındır”

Qeyd edək ki, bu tibb ocağında abort edən qadınlara da açıq bazar açılıb.
Təqdim etdilən videodan görünür ki, abort uçün qiymət 60-80 manat arasındadır. Yəni qiymət narkoza görə fərqlənir. Qiyməti isə həkim elə rahatlıqla deyir ki, sanki özəl tibb müəssisəsidir

Araşdırmamız davam edir, qarşçı tərəfin möpvqeyin dinləyə bilərik./.azerinfo.az

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər