1 saylı Kliniki Tibbi Mərkəzində (“Semaşko”) biabirçılıq-VIDEO














Son zamanlar qəssab psixologiyalı həkimlərin əlləri altında ölən xəstələrin artması ilə əlaqədar aparılan araşdırma nəticəsində məlum olub ki, səhiyyədəki problemlərin başında həqiqətən də korrupsiya, xüsusən də savadsız həkimlərin rüşvət verərək işə qəbul edilmələri dayanır. Azərbaycan səhiyyəsində baş verən qanunsuzluqlar isə artıq faciələrə çevrilməkdədir.

Dövlət xəstəxanasında huşunu itirmiş xəstəni qəbul etməkdən imtina etdilər

Xəstə Qəmbərov Nizami İbrahim oğlunun ailəsi onu dünən 23.30-da boğulma və huşunu itirmə vəziyyətində yaxınlıqdakı Musa Nağıyev adına xəstəxanaya gətirib. Halının son dərəcə pisləşməsinə rəğmən, gətirilən xəstəni qəbul şöbəsində əyləşən həkimlər qəbul etməkdən qətiyyətlə imtina ediblər. Onlar “damar problemidir , bizlik heç nə yoxdur” deyərək, onu təcili yardım maşını ilə Topçubaşov adına Elmi-Tədqiqat İnstitutuna aparmağı tələb ediblər. Nizami Qəmbərovun yaxınları onu öz şəxsi avtomobillərində həmin xəstəxanaya aparıblar. Həkim Zəkərəliyev Elmar ilk tibbi yardım göstərəndən sonra xəstəni hərtərəfli müayinə edərək , heç bir damar problemi olmadığını ,lakin bununla belə xəstənin vəziyyətinin ağir olduğunu diqqətə çatdırıb. Təcrübəli həkim Zəkərəliyev xəstənin Musa Nağıyev adına xəstəxananın cərrahiyyə-reanimasiya şöbəşinə yerləşdirilməsi üçün göndəriş vərəqəsi yazıb .

Hippokrat andı içən ağ xalatlı cəlladlar

Təcili yardım maşını çağıran ailə üzvləri bu dəfə 4-cü təcili yardım stansiyasının həkimi Cahanğirov Vaqifin laqeydliyi və kobudluğu ilə qarşılaşıblar. Vəzifəsi insanları ölümdən xilas etmək olan Vaqif həkim ailə üzvlərinə bildirib ki, mən onu “Semaşko”ya apara bilmərəm, istəyirsinizsə Sabunçu xəstəxanasına aparaq. O bunu həmin müalicə ocağındakı Mirzaliyev adlı həkimin heç kəsi qəbul etməməsi və çox kobub rəftarı ilə əlaqələndirib. Xəstənin ailə üzvləri israr etdikdə o, qapini kobud tərzdə çırparaq çıxıb gedib. Bundan sonra, xəstənin yaxınları 103-ün operativ xidməti ilə əlaqə saxlayıb. Onlar isə həkimdən şikayət etməməyi və bu hadisəni ictimailəşdirməməyi xahiş ediblər. 103 xidməti bildirib ki, onlar sözügedən xəstəxanaya Qəmbərov Nizaminin qəbul edilməsi ilə bağli danişıqlar aparırlar. 4 saat çəkən bu gərgin mübahisə müddətində xəstə dəhlizdə qalaraq, halı daha da pisləşib. Danışıqlardan sonra başqa bir təcili yardım maşını gəlib və xəstəni yenidən Musa Nağıyev adına xəstəxananın 4-cü cərrahiyyə korpusuna aparıb. Təxminən 20 dəqiqədən sonra, xəstəxanada onları palatadan yuxulu və əsəbi halda çixan, özünü İ.Mirzalı kimi təqdim edən həkim qarşılayıb.

Şirəliyevin vecsiz həkimlərdən ibarət korrupsiya şəbəkəsi

Mirzali “bu xəstəni niyə bura gətirmisiz, mən buna baxmayacağam. O cümlədən qəbul da edə bilmərəm. Gedin, hara istəyirsiz aparin”-deyə çox kobud şəkildə bildirib. Xəstənin ağır vəziyyətdə olmasına belə baxmadan, üzünü təcili yarım xəstəxanasının həkiminə çevirərək:“bu nə xəstədi, niyə bura gətirmişən?”-deyə həkimin üstünə də qışqırıb. Xəstənin yaxın ailə üzvü, bir mətbuat işçısı kimi hadisələrə müdaxilə edib bu biabırçılığı , baş verən haqsızlığı kameraya çəkib. Bunu gördükdə isə o, daha da aqressivləşib mətbuatı təhdid etməyə başlayib. O ölkə prezidentinin ən yaxşı dost adlandırdığı mətbuatı , təxribatçı adlandırmaqdan belə çəkinmədi. Bir həkimə, ziyalıya yaraşmayan tərzdə ”əəə , söndür o kamerani”deyə bağırdı. “ Niyə cənab prezidentin səhiyyə sahəsində apardiği uğurlu islahatlara ləkə gətirirsiz?” – deyə soruşanda isə ”mən kimsədən qorxmuram. Mənə nağil danişma. Sizin mətbuatı da qoz qabığı kimi əzərəm. Mənim adamlarım səni aradan götürər.-deyə təhdidlərinə davam edib. Uzun sürən çəkişmədən sonra xəstəni diğər bölməyə- terapiya- reanimasiya korpusuna qəbul etdilər. Vaxt itkisi isə xəstənin səhhətində izsiz ötüşmədi.

Səhiyyədə baş verən bu xaotik duruma, özbaşınalıqlara görəsən nə vaxt son qoyulacaq? Ümid edək ki, Azərbaycan xalqı tezliklə hamını narahat edən bu suala cavab tapacaq.Qeyd edək ki, xəstənin ailə üzvləri qarşilaşdiqları bu haqsıqlıqlara görə, Səhiyyə Nazirliyinə və Vitse-prezident Mehriban Əliyevanın mətbuat mərkəzinə sikayət ərizəsi ilə müraciət ediblər. Mövzuya yenidən qayıdacayıq…/Hakimiyyet.Az/

Oxunub: 1 360

Son xəbərlər

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bütün xəbərlər