“S&P”: Azərbaycanda yaxın iki ildə enerji taarifləri dəyişməyəcək













Qaz (50 faiz) və mazut (2,4 dəfə) qiymətlərinin artımını kompensasiya etmək üçün 2016-cı ilin dekabrında Tarif Şurasının qərarı ilə “Azərenerji”nin tarifləri 33 faiz artırılıb.

İqtisadi və sosial vəziyyəti nəzərə alaraq yaxın iki ildə bu istiqamətdə tariflərin dəyişəcəyini hesab etmirik.
Bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyinin “Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı press-relizdə qeyd edilib.

Bildirilir ki, şirkətin əməliyyatlar üzrə fəaliyyəti gəlirli olacaq:

“Bununla belə, kapital xərcləri dövlət tərəfindən maliyyələşdirilməsə, 2018-ci ildə imtiyazlı pul axınına mənfi təsir edəcək. Əvvəl olduğu kimi, şirkətin kapitalına yüksək risklərin olduğunu qeyd edirik.

Belə ki, şirkətin valyuta ilə borc öhdəliklərinin həcmi 85 faizdir. Yeni təminatsız borc öhəlikləri yaranarsa, bu, dövlətin dəstəyini zəiflədəcək”.

“Standard&Poors” ekspertləri hesab edir ki, dövlətin cari və ekstrordinar dəstəyi olmazsa, “Azərenerji” növbəti üç il ərzində yüksək borc öhdəliklərini yerinə yetirməkdə və bir milyard manat (600 milyon dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək:

“Hökumətin təsdiqlədiyi Strateji Yol Xəritəsinə uyğun olaraq, “Azərenerji” aktivlərin keyfiyyətini yaxşılaşdırmaq, əvvəlki illərin kifayət etməyən investisiyalarını kompensasiya etmək üçün irimiqyaslı kapital qoyuluşlarına hazırlaşır.

Eyni zamanda, paylayıcı şəbəkələrin ayrılmasından sonra şirkətin xərclərlə bağlı strukturunda yaxşılığa doğru dəyişikliklər müşahidə edirik. Bizim 2018-ci il baza ssenarisinə müvafiq olaraq, “Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək.

Bu, 2015-ci il göstəriciləri ilə müqayisədə iki dəfə çoxdur (paylayıcı şəbəkələr ayrılana qədər).

Nəticə etibarilə, biz hazırda şirkətin kredit qabiliyyətini (stand-alone credit profile – SACP) “B-” səviyyəsində qiymətləndiririk. Bu qiymətləndirmədə dövlətin göstərdiyi cari dəstək, xüsusilə “Azərişıq” tərəfindən edilən bütün ödənişlərə nəzarət nəzərə alınır”.

Qeyd edək ki, “Standard&Poors” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin emitentin uzun və qısamüddətli kredit reytinqini “BB/B” səviyyəsində təsdiq edib./Oxu.Az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər