hadise
19.02.2018
Bakıda avtobus işıq dirəyinə çırpıldı

Bu gün günorta saatlarında metronun "Neftçilər” statiyasının yaxınlığında avtobus sürücüsü qəza törədib.
dogruxeber.tv Modern.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi istiqamətindən gələn sərnişin avtobusu "Neftçilər” körpüsünə çatmamış yolun ortasındakı beton arakəsmənin üzərinə çıxaraq, işıq dirəyi ilə toqquşub. Nəticədə avtobus əzilib, işıq dirəyi isə aşıb.


