gundem
19.02.2018, 18:59
Sumqayıt sakinlərinə şad xəbər: Yeni marşrut xətti istifadəyə verildi
Sumqayıtda yeni marşrut xətti istifadəyə verilib.
Yeni açılan 1 nömrəli marşrut xətti Bulvarla yanaşı, Bazar, Hərbi komissarlıq, Dəmir yol vağzalı, Təcili Tibbi Yardım Xəstəxanası, "Dejurnu” ("Növbətçi” mağazası) və s. istiqamətində hərəkət edəcək.
Qeyd edək ki, 1 nömrəli marşrut xəttinə "KARSAN” markalı kiçiktutumlu avtobuslar verilib.
Ümumilikdə 26 nəfər sərnişin tutumu olan mikroavtobusda 11 oturacaq və 15 ayaqüstü yer var.
Xeberle.com


