Bakıda narkobaron tutuldu (FOTO)
















Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində 35 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən
çıxarılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Bu istiqamətdə həyata keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 35 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.

Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində Xəzər rayon sakini, əvvəllər məhkum olunmuş Əliyusif Məmmədov 99,865 qram marixuananı satan zaman cinayət başında saxlanılıb. İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlavə olaraq 6,523 qram marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Məmmədovun yaşadığı mənzilə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Bu zaman həmin evdən hazır qablaşdırılmış formada olan külli miqdarda – 31 kiloqram qurudulmuş marixuana aşkar olunaraq
götürülüb.

Daxil olan digər məlumat əsasında Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Binə qəsəbəsi, Atçılıq massivində yaşayan Bəhmən Nağıyev saxlanılıb.

Onun həyatindəki istixanaya baxış keçirilən zaman 3 kiloqram 545 qram narkotik vasitə olan qurudulmuş marixuana, 86 ədəd yaş kütlə halında olan çətənə kolu, 39 ədəd çətənə bitkisinin şitili və 6,425 qram çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir./dogruxeber.tv

Bakıda narkobaron tutuldu (FOTO)




Bakıda narkobaron tutuldu (FOTO)

Son xəbərlər

Kanoeçimiz Avropa ikincisi olub

Səhiyyədə "tarix" yazan müəllim: Şəki xəstəxanasında qanunsuzluq iddiası -VİDEO

Bakının bəzi yollarında tıxac müşahidə olunur

Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ

Bakıya gələn sürücülərin diqqətinə: Güclü toz dumanı var

Rusiya hücum etsə, döyüşməyəcəklər - Qəribə sorğu

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

Bütün xəbərlər