hadise
22.02.2018, 12:21
6 bıçaq zərbəsi alan yaralı, xəstəxanaya özü gəldi

Quba sakini ölümdən son anda dönüb.
Rayon sakini, 26 yaşlı Rəşad Hacıyev tanışı Orxan Süleymanovla mübahisə edib. Daha sonra isə üzərində gəzdirdiyi bıçaqla Süleymanovu öldürmək
məqsədilə ona 6 zərbə vurub.
dogruxeber.tv milli.az-a istinadən xəbər verir ki, Orxan Süleymanov yaralı vəziyyətdə hadisə yerindən qaçaraq özünü Quba Rayon Mərkəzi
Xəstəxanasına çatdırıb.
Həkimlər zərərçəkəni dərhal əməliyyat edərək həyati təhlükəsini aradan qaldırıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Rəşad Hacıyev saxlanılıb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanıb.


