Məcburi köçkün ailələri onlar üçün inşa edilən yeni yaşayış kompleksinə köçürülür













Tərtər rayonunda məcburi köçkün ailələri onlar üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksinə köçürülür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Məhəmməd Məhərrəmov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, köçürülmə prosesi Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilir.

İki gündə 120 ailə yeni mənzillərə köçüb

Mənzillər məcburi köçkün ailələrə püşkatma yolu ilə, ailə üzvlərinin sayına uyğun olaraq verilir. Yaşayış məhəlləsinə Tərtər rayonu ərazisindəki sosial obyektlərdə - məktəblərdə, uşaq bağçalarında, inzibati binalarda və digər tikililərdə məskunlaşan məcburi köçkünlər köçürülür. Artıq iki gün ərzində 120 ailə yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin əşyaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ayırdığı yük maşınları tərəfindən yeni mənzillərə daşınır.

Qeyd edək ki, yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır. Bütün infrastruktura malik kompleksdə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

Kəlbəcərli məcburi köçkün: İnanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq

Yaşayış kompleksində yeni mənzillərə köçən məcburi köçkünlər sevinclərini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər. Kəlbəcər rayonundan olan məcburi köçkün Sədaqət İsmayılova deyib: "25 ildir ki, uşaq bağçasında çətin şəraitdə yaşayırdıq. Bu gün isə yaraşıqlı, hər cür şəraiti olan ikiotaqlı evimiz var. Çox sevinirik, inanıram ki, bu cür sevinci doğma torpaqlarımıza qayıdanda da yaşayacağıq”.

"Hər cür şəraiti olan, tam təmirli mənzilə sahib olmaq bizim üçün əsl bayramdır”

Digər məcburi köçkün Xaliq Hüseynov isə fikirlərini belə ifadə edib: "Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Tərtər rayonunda belə bir yaşayış məhəlləsinin inşa edilməsi dövlətimizin torpaqlarından didərgin düşmüş insanlara diqqət və qayğısının daha bir nümunəsidir. Bu gün ailəmiz dövlətimiz tərəfindən verilən üçotaqlı mənzilə köçdü. Hər cür şəraiti olan, tam təmirli mənzilə sahib olmaq bizim üçün əsl bayramdır. Bu sevinci bizə bəxş etdiyi üçün dövlətimizə minnətdarıq”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər