Xocalı soyqırımının əsl səbəbkarları hələ də cəzalandırılmayıb













Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində İsveçrədə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi "Waisenhausplatz" meydanında baş tutmuş aksiya azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət” kampaniyası barədə danışıblar. Bildirilib ki, Xocalı soyqırımının baş verdiyi amansız hadisələrdən 26 il ötsə də, faciənin əsl səbəbkarları hələ də cəzalandırılmayıb və Ermənistanda yüksək vəzifələr tuturlar. Azərbaycanlı dinc əhaliyə qarşı törədilən soyqırımı aktına İsveçrə və dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsinin vacibliyini vurğulanıb.

Daha sonra aksiya iştirakçıları tərəfindən üzərində "Xocalıya ədalət!”, "Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, "Biz torpaqlarımızın azad olunmasının tələb edirik” kimi sözlər yazılan transparantların və ermənilərin qəddarcasına qətlə yetirdikləri Xocalı şəhidlərinin fotolarının əks olunduğu lövhələr nümayiş etdirilib.

Aksiya çərçivəsində həmçinin "Waisenhausplatz" meydanında Xocalı soyqırımı qurbanlarına həsr olunan fotosərgi də təşkil edilib. Sərgidə qanlı gecəyə aid şəkillər, uşaqlar tərəfindən „Xocalı uşaqların gözü ilə" mövzusunda çəkilən rəsm əsərləri və dünyanın ən nüfuzlu mətbu orqanlarında qətliam barədə dərc olunmuş məqalələr nümayiş etdirilib. Sərgi yerli əhali və qonaqlar tərəfindən maraqla qarşılanıb. Aksiya təşkilatçıları sərgini izləyən şəxslərə soyqırım barədə əlavə məlumatlar verib və onların suallarını cavablandırıb.

Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı haqqında faktların əks olunduğu yüzlərlə məlumat kitabçaları hazırlanaraq müxtəlif yerlərdə əhali arasında paylanıb.

Aksiyada o cümlədən soyqırım qurbanlarının xatirəsinə hazırlanmış üzərlərində „Justice for Khojaly" internet saytının loqosu əks olunan 613 ədəd qara şar şəhər sakinlərinə paylanıb və tədbirin sonunda meydandan havaya buraxılıb. (AZƏRTAC)

@dogruxeber.tv

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər