dunya
8.03.2018
ABŞ-da güclü qar fırtınası səbəbindən 3 mindən çox aviareys ləğv edilib

ABŞ-ın şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən 3 mindən çox aviareys ləğv edilib, 9 mindən çoxu isə təxirə salınıb.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakətdən ən çox Nyu-York, Konnektikut, Vermont, Massaçusets və Pensilvaniya ştatlarının zərər çəkdiyi bildirilir
Qeyd olunur ki, bu son həftə ərzində regionda müşahidə olunan sayca ikinci güclü qar fırtınasıdır.


