Lənkəranskinin qardaşını Quli azad etdirib? - Sensasiya





Ötən ilin noyabrında İstanbulda Quli Bakinski kimi tanınan qanuni oğru Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb.

Dəstə üzvləri Qulinin "onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır" dedikdən sonra azadlığa buraxılıb.

Yada salaq ki, 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Nadir Səlifova qarşı sui-qəsd cəhdi noyabrın 2-də yayılıb. İddia olunurdu ki, həmin vaxt killerlər qrupu İstanbulda N. Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.

Sui-qəsdə cəhdə görə həbs edilənlər sırasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, eləcə də Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı da olub.

Yanvar ayında isə gözlənilmədən Namiq Canıyev və digərləri İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıblar.

Rusiya KİV-i yazır ki, Nadir Səlifov özünü bu işdə zərərçəkmiş hesab etmədikdən sonra həbs edilənlər azadlığa buraxılıblar. İddia olunur ki, Qulinin adamları sui-qəsdin maliyyəsini təşkil edən Lənkəranskinin yaxın qohumu (yeznəsi) Zaur Əhmədovla haqq-hesab çəkmək istəyir.

Məlumdur ki, Moskvada yerləşən "Fud Siti" adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətindədir. Daha dəqiq desək, hazırda bazarı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edir. Rusiya KİV-i iddia edir ki, "Fud Siti"dəki ofislərində məskunlaşan Zaur Qulidən ehtiyat etdiyi üçün xeyli müddətdir ki, çoxsaylı mühafizəçilərlə gəzir.

Rusiya mətbuatı iddia edir ki, Quli azərbaycanlı kriminal avtoritet Əli Heydərovla bağlı mövqeyində də dəyişiklik etməyib. Belə ki, Quli Ə.Heydərovu "qanuni oğru" kimi tanımır. Məlum olduğu kimi, Əli Heydərov (kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınır) 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Qulinin adını hallanırdı.

Albert Rıjıy sxodka keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu. "Sxodka"da iştirak edən Aleksey Qudına (Lexa İrkutski) iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib.

Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. Quli isə bu məsələnin üstündən keçmir və Rusiya mətbuatı iddia edir ki, "qanuni oğru" mövqeyini Albert Rıjıy ilə üzbəüz söhbət edənədək dəyişməyəcəyini bildirib.

Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Ə.Heydərov qanuni oğru adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb.

Mənbə: Musavat.com

Son xəbərlər

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bütün xəbərlər