Əli Həsənovun nəvəsi əfv üçün prezidentə müraciət etdi





Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, 6 il müddətinə azadlıqdan məhrum edilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nail Allahverdiyevin əfv məktubu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edilib.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Unikal.org-a Komissiyaya yüzlərlə müraciətin olduğunu və məhkumların kimlikləri barədə məlumatı açıqlamağın etik qaydalara uyğun olmadığını dilə gətirib:

"Bu fərdi məlumat sayılır. Bu barədə məlumatı yalnız müraciət edən məhkumun özü və yaxud yaxınları deyə bilər. Hər bir məhkum bu müraciəti edə bilər. Amma qanunvericiliyin müəyyənləşdirdiyi qaydada, müraciət araşdırılır və bir neçə meyara uyğun əfvə düşüb-düşməyəcəyi müəyyənləşdirilir.
Sonda məhkumun, zərərçəkmişin, cəmiyətin və eyni zamanda dövlətin maraqları nəzərə alınaraq qərar verilir. Yenə də ən sonda, əfvlə bağlı qərarı qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik".

Əliməmməd Nuriyev həmçinin hansı məhkumlar əfv siyahısına düşə bilər? sualımıza da belə cavab verib:

"Əfvlə bağlı hər bir məhkum müraciət edə bilər və burada heç bir məhdudiyyət yoxdur. Əfv Məsələləri Komissiyasının üzvləri qanunvericiliyə uyğun olaraq əfvə düşəcək məhkumların siyahısını hazırlayır.
Qanunvericiliyə görə, əfvə düşəcək məhkumlar törətdikləri ayrı-ayrı cinayətlərə görə aşağıdakı qaydalara uyğun müəyyənləşdirilir.

Böyük ictimai təsiri olmayan cinayətlərə görə, məhkəmə qanunu qüvvəyə mindikdən sonra, məhkum olunan şəxs dərhal müraciət edə bilər.

Bəzi cinayətlərə görə, məhkum cəzasının 3/1 hissəsini çəkdikdən sonra, əfvə müraciət edə bilər və bunun siyahıya düşmək şansı var.

Ağır cinayətlərə görə, məhkum olunanlar cəzasının yarı hissəsini çəkdikdən sonra əfv komissiyasına müraciət edə bilər.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər cəzasının yalnız 10 il müddəti keçdikdən sonra əfvə düşə bilər".

Xatırladaq ki, avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Nail Allahverdiyevin idarə etdiyi "Mersedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı 18.12.2017-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Əliməmməd Nuriyevin dediklərinə istinad etsək, N.Allahverdiyevin törətdiyi cəza ağır cinayət məhsuliyyəti daşıdığı üçün, sözügedən şəxs ən azı 2 il də məhkumluq həyatı yaşayacaq.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər