gundem
15.03.2018
Azərbaycanda cinayət törədən azyaşlı uşaqların dəhşətli statistikası

Ötən il Azərbaycanda 14-17 yaşda olan uşaqlar tərəfindən və onların iştirakı ilə 532 cinayət törədilib".
Bu barədə Sonxeber.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov məlumat verib.
Məlumatda qeyd edilib ki, 14-17 yaşda olan 486 nəfər uşaq cinayət törədib.
Onlardan 31 uşaq isə qəsdən sağlamlığa ağır zərər vurmaqla, 2 nəfər isə zorlamaya cəhd edərək cinayət törədib.
Həmçinin bildirilib ki, 254 nəfər oğurluğa, 14 nəfər soyğunçuluğa, 8 nəfər quldurluğa, 10 nəfər dələduzluğa, 29 nəfər xuliqanlığa 4 nəfər isə narkotik vasitələrlə bağlı cinayət edib/sonxeber.az


