hadise
17.03.2018, 10:31
Bakıda bədbəxt hadisə: Usta laqonda ilə özünü...
![]()
Xəzər rayonunda bir nəfər ehtiyatsızlıqdan özünü doğrayıb.
Hadisə Binə qəsəbəsində baş verib.
"Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1985-ci il təvəllüdlü Həsənov Çingiz Məhəmməd oğlu alətlə - "laqonda" ilə dəmir kəsərkən ehtiyatsızlığa yol verib. Nəticədə o, qurşaq nahiyəsində şah damarını doğrayıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır..report.az


