hadise
19.03.2018
Bakıda 3 otaqlı mənzildə yanğın olub

Bakıda yanğın olub. dogruxeber.tv-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümümi sahəsi 130 m2 olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin dəhlizində 14 ədəd qoruyucu açar, 3 p.m elektrik naqilləri və 2 m2 sahədə döşəmə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


