dunya
20.03.2018
ABŞ-da iki yük qatarı toqquşub

ABŞ-ın Kentukki ştatında iki yük qatarı toqquşub, nəticədə 4 nəfər xəsarət alıb.
dogruxeber.tv-ın məlumatına görə, bu barədə USA Today xəbər verib.
Qəza zamanı qatarlar relsdən çıxıb, yanğın baş verib. Ətraf ərazidə yaşayan sakinlər yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə ediliblər.
Yanğının nə səbəbdən qaynaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


