dunya
20.03.2018
Əfqanıstanda 20 “Taliban” üzvü məhv edilib
![]()
Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində ölkənin cənubunda “Taliban” hərəkatının 20-dək döyüşçüsü öldürülüb
dogruxeber.tv-ın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, əməliyyat Gilmənd əyalətində keçirilib. Yerli əhali və təhlükəsizlik qüvvələri arasında itki yoxdur. Əməliyyat nəticəsində terrorçulara məxsus çox sayda silah sursat müsadirə olunub.
“Taliban” hərəkatı bu məlumatlar barədə heç bir şərh verməyib.


