Gürcüstanlı sevgilinin Ağcabədi DƏHŞƏTİ: gizlicə oğlanın yataq otağına girdi və... - ŞOK TƏFƏRRÜAT











Ağcabədi rayonunda yeznəsini qətlə yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Cavid İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

dogruxeber.tv publika.az-a istinadən xəbər verir ki, Cavid İsmayılov 2015-ci ilin mayın 6-da Ağcabədinin Aşağı Avşar kəndində yeznəsi, 30 yaşlı Saqibət Qədimovu balta ilə qətlə yetirib. Buna səbəb Saqibət Qədimovun Cavid İsmayılovun bacısna xəyanət etməsi olub.
"Bacıma xəyanət edirdi"

Aşağı Avşar kəndində baltalanaraq öldürülən 30 yaşlı Saqibət Qədimovu qətlə yetirən qaynı Cavid İsmayılov törətdiyi əməli etiraf edib.

Hadisədən bir gün sonra, mayın 7-də tutularaq Ağcabədi rayon Prokurorluğuna gətirilən Cavid İsmayılov ifadəsində yeznəsini qisas almaq məqsədilə öldürdüyünü deyib: "Saqibət bacıma xəyanət edirdi. O, başqa qadınlarla gəzirdi. Ona görə də balta ilə öldürdüm. Onu dəfn edəndən sonra isə baltanı Qaradolaq kəndi ərazisindəki Yuxarı Qarabağ su kanalına atdım".
Xəyanət, yoxsa qisas?

Cavid İsmayılovun digər bir ifadəsinə əsasən isə qətlin qisas yox, tamah məqsədilə törədildiyi məlum olub. O, ifadəsində əlavə edib ki, Saqibətin Aşağı Avşar kəndindəki evinin tikildiyi torpaq ona məxsus olsa da, atası Saqibətə verib.
Cinayətin necə baş verməsinə gəlincə, qətl baş verən vaxta kimi Saqibət Qədimov Bakıda yaşayırmış. Həmin gün öz ailəsi ilə mərhum dayısının il mərasimi üçün kəndə gəlib.
Baltalı qətl

Elə həmin gecə onun evində son günü olub. Həyat yoldaşı və iki azyaşlı övladı ilə evin birinci mərtəbəsində yatan Saqibət Qədimovu balta ilə qətlə yetiriblər. Saqibət Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb. O, əlində balta olan şəxsi yalnız yataq otağının qapısından çıxarkən görüb.
Hadisədən sonra istintaqçılar evin hər tərəfində quraşdırılmış 8 videomüşahidə kamerasına baxsalar da, onların söndürüldüyünü görüblər. Hadisənin cərəyan etdiyi, "şadlıq sarayı" adlanan, hündür hasarla əhatələnmiş malikanəyə cinayətkarın belə asan girib-çıxması, kameraların söndürülməsi təcrübəli istintaqçıları cinayətkarı "içəridə" axtarmağa sövq edib.
Gürcüstanlı qız

Saqibət Qədimov Bakı şəhərində gürcüstanlı bir qızla qeyri-rəsmi sevgi münasibətində olub. Onun üçün də dəbdəbəli şərait yaradıb. Buna görə qaynı Cavid İsmayılov dəfələrlə ona bütün kənddə söz-söhbətin yayıldığı, özünü ədəbli aparması barədə xəbərdarlıq edib. Görünür, onun dediklərinə Saqibət Qədimov əhəmiyyət verməyib və qətl hadisəsi baş verib.
20 il cəza

İstintaq orqanı tərəfindən Cavid İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid İsmayılov 20 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Cavid İsmayılov apelyasiya şikayəti verib.
Cavid İsmayılov barəsində təyin edilmiş hökmün ləğv edilməsini, ona yüngül cəza verilməsini istəyib. Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.
Hakim kollegiyası Cavid İsmayılovun apelyasiya şikayətini təmin etməyib. Bu qərardan narazı Cavid İsmayılov eyni tələblə kasasiya şikayəti verib.
Məhkumun xahişi

Onun kasasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib. Şikayətə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə araşdırması aparılan zaman məhkum Cavid İsmayılov ərizə ilə hakim kollegiyasına müraciət edib. O, kasasiya şikayətini geri götürdüyünü, kasasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizəsinin təmin edilməsini istəyib.
Hakim heyəti məhkumun ərizəsinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Cavid İsmayılovun kasasiya şikayəti baxışdan çıxarılıb. İş üzrə materiallar kasasiya qaydasında baxılmadan apelyasiya instansiyasına qaytarılıb.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər