Evləri sökülən vətəndaşlar narazıdır – qiymətlər isə bahalaşır






Artıq bir neçə aydır ki, qəzalı vəziyyətdə olan köhnə 2-3 mərtəbəli binaların söküntü işləri və yerində yeni binaların tikintisi prosesi gedir. Artıq Nərimanov rayonundakı bu cür 2-3 mərtəbəli tikililərin bəzilərinin söküntüsü başa çatıb. Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi 5, 8, 12 ünvanlarda artıq söküntü işləri yekunlaşıb və yerində yeni bina tikintisi işlərinə başlanılıb.

Bu ərazidəki digər qəzalı vəziyyətdə olan evlərin sakinləri də həsrətlə evlərinin söküləcəyi günü gözləyirlər. Evlərini ötən ilin sonlarından gəlib plana salsalar da, söküntü işlərinə başlanılmayıb. Evlərinin söküləcəyini gözləyənlərlə yanaşı, bunun əksinə çıxanlar da var. Belə ki, həmin küçənin bir qisim sakini isə evinin sökülməsinə razı deyil və evlərini tərk etməyəcəklərini bildirirlər. Səbəb isə tikinti şirkətlərinin onlara ədalət prinsipləri ilə yanaşılmadığını və evlərinə düzgün qiymət verilmədiyini bildirirlər.

Bu cür evlərdən birinin sakini Ətrabə Məmmədova deyir ki, onun evi 35 kvadratdır və ona evinin yerində tikiləcək yeni binadan 40 kvadratlıq ev təklif edilir. Qonşusunun evi isə 28 kvadratdır. Ona da 40 kvadrat təklif edirlər və bu, haqsızlıqdır: “Biz tələb edirik ki, ədalətli yanaşsınlar. Evi balaca olana da eyni kvadrat verirlər, böyük olana da… Heç olmasa evi 35 kvadrat olana 50 kvadrat versinlər. Onlara narazılığımızı bildirəndə deyirlər ki, bizdə bir otaqlı evlər 40 kvadratdan başlayır. İstəsəniz də budur, istəməsəniz də. Evimizi də satsaq indiki evlərin qiyməti ilə heçnə ala bilmərik. Biz sadəcə olaraq məsələyə ədalətli yanaşılmasını istəyirik”.

Qeyd edək ki, tikinti şirkətləri köçürülən əhaliyə otaqlarının sayına görə kirayə pulu ödəyir. Məsələn, bir otaqlı mənzili olan insanlara aylıq kirayə pulu 300 manat, 2 otaqlılara isə 400 manat verilir. Bu pullar açılmış hesablara (karta) köçürülür. Bəzi sakinlər isə deyir ki, onlar bu puldan imtina edib həmin pulun əvəzinə onlara artıq kvadrat verilməsini istəyirlər.

Qeyd edək ki, ekspertlər bu cür evlərin tikintisi sayəsində evlərin qiymətinin aşağı düşəcəyini, stabilləşmə olacağını deyir, evsiz insanların daha asan şərtlərlə mənzil əldə edə bilmə imkanının olacağını vurulayırdılar. Ancaq hazırkı real durum isə bunun əksini deyir.

Qeyd edək ki, hazırda Bakıda evlərin qiyməti bahalaşıb. Belə ki, MBA Konsaltinq və Qiymətləndirmə Şirkətinin məlumatına görə Bakı şəhəri üzrə yeni tikililərdə mənzillərin orta qiyməti 148 516 dollar təşkil edib. Aylıq qiymət artımı 22 faiz olub. 1 kv.m üzrə orta qiymət 876 dollar təşkil edib. Aylıq fərq 33.00 dollar (3.77 %) olub. Konkretləşdirsək, bir otaqlı mənzillərin kvadratmetrinin dəyəri 697 dollar, iki otaqlı mənzillərdə 802 dollar, üç otaqlı mənzillərdə 761 dollar, dörd otaqlı mənzillərdə 1086 dollardır. Ən çox qiymət atımı dörd otaqlı mənzillərin kvadratmetrində qeydə alınıb – 18.88 % olub.

Onu da bildirək ki, son 2 ayda torpaq sahələrinin də qiymətində 7 faizədək artım müşahidə edilir. Ən çox bahalaşma Səbail və Nərimanov, ən az isə Binəqədi və Suraxanı rayonlarında müşahidə edilir. Torpaq bazarında qiymət fərqi yaradan digər bir amil isə əmlakın çıxarışının olub olmamasıdır. Çıxarışı olan torpaqlara tələbat çox olduğundan onların qiymətində digərlərinə nisbətən 10 faiz fərq var.

İqtisadçı ekspert Natiq Cəfərli qiymətlər artsa da, satışın həcminin artmadığını bildirdi: “Söküntü işlərinin artımı fonunda qiymət artımı da baş verir. Əsasən sosial mənzillər layihəsi genişlənməli, yeni tikilərin artması lazımdır ki, qiymətlərə təsir göstərsin. Azərbaycanda qəribə bir tendensiya mövcuddur ki, qiymətlər qalxır, amma satışın həcmi artmır. Əgər siz alqı satqıların həyata keçirilməsi ilə bağlı maraqlansanız, görərsiniz ki, ötən aylara nisbətən ciddi bir artım müşahidə olunmayıb. Amma Azərbaycanda belə bir xüsusiyyət var ki, şayiələr qiymətlərə daha çox təsir göstərir, nəinki real iqtisadi vəziyyət. Çox ciddi şəkildə söküntülərin olacağı, mikrorayonların söküləcəyi və digər söküntü proyektlərinin olması geniş müzakirə obyektinə çevrilib deyə hələ ki, müştəri artmadan qiymətlərin artımını müşahidə edirik. Bu o demək deyil ki, artan qiymətlər hesabına satışlar da həyata keçirilir. Avtomobil bazarında da eyni vəziyyətdir. Qiymətlər artıb, amma alıcı yoxdur. Daşınmaz əmlak bazarında şayiələr fonunda qiyməti artırıblar, amma alıcıların sayında ciddi bir artım müşahidə olunmur. Ona görə də bir müddət sonra əgər yeni tikililərin sayı artmağa başlasa, sosial mənzil layihəsi də həyata keçsə, qiymətlərdə müəyyən dərəcədə tənzimləmə mümkündür. Digər amil isə ondan ibarətdir ki, uzun müddət idi ki, banklar tərəfindən ipoteka verilmirdi. Bu ilin əvvəlindən başlayaraq ipoteka fonduna büdcədən əlavə 200 milyon manat ayrıldı. Bu 200 milyon hesabına artıq bəzi banklarda ipoteka kreditlərinin verilməsinə başlanılıb. İpoteka kreditlərinin verilməsi xəbəri belə qiymət artımına səbəb olan amillərdən birinə çevrildi. Yəni hələlik real tələb və təklif qaydalarına görə qiymətlərin dəyişməsini müşahidə etmirik. Əsasən şayiələrə görə və bu şayiələrin fonunda tələbatın artacağı, söküntülərin çox olacağı və bu yöndə olan xəbərlərdə qiymətlərdə artım müşahidə olunur”.

Ekspert bir müddət sonra, əsasən də yay aylarından sonra mənzillərin qiymətində tənzimləmə baş verəcəyi düşüncəsində olduğunu dedi: “Sosial evlər layihəsi sürətlənir, 12 yeni bina tikilməyə başlayacaq. Bu binların tikintisi qiymət bazarına da müsbət təsir göstərəcək və qiymətlərin aşağı düşməsinə müəyyən dərəcədə zəmin hazırlayacaq”.
Musavat.com



@dogruxeber.tv

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər