hadise
26.03.2018
Kafeyə girən şəxs içəridəkilərə atəş açdı: yaralılar var

İstanbulun Beşiktaş rayonunda atışma olub.
dogruxeber.tv Trend-ə istinadən bildirir ki, naməlum şəxs kafelərdən birinə daxil olaraq içəridəkilərə atəş açıb.
Baş verən atışma zamanı iki nəfər yaralanıb. Hadisəni törədən şəxs gizlənib.
Hazırda polis cinayətkarı axtarır. İnsidentlə bağlı ətraflı məlumat verilmir.


