Ürək xəstəsi olan 25 yaşlı Afaq ölməmək üçün yardım istəyir: 15 aprel son şansdır – FOTOLAR, VİDEO






25 yaşlı Afaq Şirinova ürəyindəki ciddi problemlə bağlı hazırda həyatla yaşam mübarizəsi aparır. Həkimlərin rəyinə görə, əgər gənc qız tezliklə əməliyyat olunmazsa, bu, onun üçün son ola bilər.

Afaq Şirinovanın musavat.com-a dedikləri: “1993-cü ildə Gədəbəy rayonunun Mormor kəndində anadan olmuşam. Hələ 8-9 aylıq olarkən həkimlər məndə ürək qüsuru xəstəliyi olan “Fallo tetradası” aşkar edib. Lakin həkimlər əməliyyat üçün bir qədər zamana ehtiyac olduğunu bildiriblər. Artıq 2 yaşımda yenidən müayinə olunduqda həkimlər valideynlərimə bildiriblər ki, ürəyim çox mürəkkəb vəziyyətə düşdüyündən əməliyyat olunması artıq mümkün deyil. Onların sözlərinə görə, yalnız möcüzə ilə 12 yaşa qədər yaşaya bilərəm.

Buna baxmayaraq valideynlərim müayinə və müalicələrimə davam ediblər. Yetkinlik yaşımda vəziyyətim bir qədər yaxşılaşdı, ağırlaşmalar gerilədi. Bir qədər keçdikdən sonra əməliyyatım üçün Heydər Əliyev Fonduna müraciət etdik. Oradan bizi Neftçilər xəstəxanasına yönləndirdilər. İki aydan sonra Amerikadan gələn həkimlər məni bir daha müayinə etdilər və onlar da bildirdilər ki, ürək çox ağır vəziyyətə düşüb, əməliyyat etmək mümkün deyil”.

Afaqın sözlərinə görə, 2013-cü ildən başlayaraq vəziyyəti getdikcə ağırlşamağa başlayıb: “Buna görə də Bakıya gələrək Mərkəzi Klinikaya müraciət etdik. İki aydan sonra əməliyyata girdim. Lakin əməliyyatım uğursuz oldu. Həkimlər bildirdilər ki, “qarşıladığımız mənzərə gözlənilməz olduğu üçün əməliyyatı sona qədər apar bilmədik”. Onların sözlərinə görə, gərəkən əməliyyat prosesi dünyanın çox az sayda ölkələrində, o cümlədən İsveçrə, Fransa, Amerikada aparılır. Əməliyyatın xərci isə 100 min manata qədər ola bilər. Beləliklə əməliyyat zamanı ürəyimə yalnız BT şuntu qoyuldu. Bütün bu müayinə və əməliyyatlara valideynlərim öz hesabına xərc çəkdilər.

Vəziyyətim isə getdikcə ağırlaşmaqda davam edirdi. Həkimim Vəli Behbudov bildirdi ki, əgər təcili əməliyyat olunmasam, sonu mənim üçün faciəli ola bilər. Məlum oldu ki, tezliklə Cenevrədən bu əməliyyatı edə biləcək həkimlər gələcək.

Bu ilin fevral ayında yenidən klinikada müayinə olundum. Bizə bildirdilər ki, Cenevrədən gələn həkimlər fevralın 15-də məni əməliyyat edə bilər. Bunun üçün təxminən 35-40 min manata qədər vəsait lazımdır. Lakin maddi imkanımız olmadığından həmin əməliyyata girə bilmədim. Klinikadan bildirdilər ki, həmin həkimlər yenidən aprelin 15-də ölkəmizə gələcək. Əməliyyat üçün mütləq aprelin 5-dək qeydiyyata düşməliyəm. Ailə vəziyyətimizi nəzərə alaraq əməliyyat pulunu 20 min manatadək endirəcəklərini bildirdilər”.

Afaqın sözlərinə görə, həmin əməliyyata girə bilməsə, bu, onun üçün son ola bilər: “Həkimlər də dəfələrlə qeyd ediblər ki, bu, mənim üçün son şansdır, vəziyyətim çox kritikdir. Bu günə qədər bütün müayinə və müalicələrə valideynlərim özləri xərc çəkdiyindən, artıq mənim üçün çox vacib olan həmin əməliyyata heç bir imkanımız qalmayıb”.

Afaq imkanlı şəxslərdən, xüsusən də xeyirxah iş adamı Füzuli Məmmədovdan kömək istəyib: “Sizlərdən çox xahiş edirəm, əlinizdən nə gəlirsə, mənə köməklik edin”.

Qeyd edək ki, Afaq Şirinovaya yardım etmək istəyən şəxslər Bank Respublikadakı 380194400149720901 saylı hesab nömrəsinə pul köçürə bilər.

Aze Nömrə: 15005957

Həmçinin 051 497 39 57 nömrəsi ilə Afaq Şirinovanın özüylə, 050 229 40 10, 055 643 43 04 nömrəsi ilə həkimi Vəli Behbudovla əlaqə saxlamaq olar.






Ürək xəstəsi olan 25 yaşlı Afaq ölməmək üçün yardım istəyir: 15 aprel son şansdır – FOTOLAR, VİDEO



Ürək xəstəsi olan 25 yaşlı Afaq ölməmək üçün yardım istəyir: 15 aprel son şansdır – FOTOLAR, VİDEO



Ürək xəstəsi olan 25 yaşlı Afaq ölməmək üçün yardım istəyir: 15 aprel son şansdır – FOTOLAR, VİDEO


Ürək xəstəsi olan 25 yaşlı Afaq ölməmək üçün yardım istəyir: 15 aprel son şansdır – FOTOLAR, VİDEO

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər