“Oturan kimi qabağımıza külqabı qoyurlar” – Qadağaya əməl olunurmu?





Ölkə ərazisində qapalı məkanlarda tütün məmulatları ilə bağlı qadağa qüvvəyə minsə də, ancaq bəzi obyektlər buna məhəl qoymur.

“ARB TV”dən Azinforum.az – a verilən xəbərə görə, bir çox yerlərdə qadağanı bildirən elan lövhələri vurulsa da, obyekt sahibi müştərinin rahatlığı üçün icazəni verir. İnzibati xəta növü kimi qiymətləndirilsə də cəmiyyətdə bu qadağaların mövcudluğuna rast gəlinmir.

Bəziləri kimin cərimələyəcəyindən xəbərsizdir, kimisi də obyekt sahibi icazə verir deyib çəkir.



Sakin: “Toya getdiyimiz zaman yazıb-yapısdırılmağına rəğmən nə toy sahibi, nə də qonaqlar buna məhəl qoymur”.

Sakin: “Kafelərə gedəndə qadağalar görürük, amma yenə də çəkməyə icazə verirlər. Bir söz demirlər, gedib oturan kimi qabağımıza külqabını qoyurlar”.

Ancaq bir məsələ də var ki, inzibati xətalar məcəlləsində obyekt sahiblərinə yalnız siqaretdən qadağa haqqında lövhhənin olmamasına görə cərimə yazıla bilər. Deməli qanunun işləmə mexanizimində müəyyən boşluqlar mövcuddur.

Tahir Əlirzayev (hüquqşünas): “Qanunvericilikdə elə olmalı idi ki, restoran və kafe sahibləri özləri müştərilərin siqaret çəkmələrinə icazə verməsin. Müştəri siqaret çəkdiyi təqdirdə restoran və ya kafe sahibi izibati məhsuliyyətə cəlb edilməlidir”.

Artıq bu iş Fövqəladə Hallar və Daxili İşlər Nazirliyinə tapşırılıb. Bu iki strukturun əməkdaşları tərəfindən keçirilən reyd zamanı vətəndaş təyin olunmamış yerdə tütün məmulatlarında istifadə edərsə, Daxili İşlər Nazirliyinin yaxud da Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qanun çərçivəsində həmin şəxsi cərimələyə bilər.

Fazil Mustafa (millət vəkili): “Bu qadağa hər zaman cərimə növü kimi tətbiq olunmamalıdır. Bir növ vətəndaşlara xəbərdarlıq olunması vacibdir”.

Xatırladaq ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.


“Oturan kimi qabağımıza külqabı qoyurlar” – Qadağaya əməl olunurmu?


Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər