Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO














Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 və 97 ünvanlarında yerləşən binaların arasındakı təxminən 3 hektara yaxın ərazidə salınmış bağ Rayon İcra Hakimiyyəti və mənzil-istismar sahələrinin əməkdaşları cəlb olunmaqla sökülür. Martın 25-dən ərazidəki çoxillik çinar, şam və meyvə ağaclarından ibarət yaşıllıq sahəsinin məhv edilməsi prosesinə başlanılıb.
Yaxınlıqda yaşayan sakinlərə əvvəlcə ərazidə park salınacağı bildirilib. Lakin ağacların kökündən çıxarılaraq aparılması sakinləri şübhəyə salıb. Bu gün bir qrup sakinlə söküntü aparanlar arasında qarşıdurma yaranıb. Sakinlər iddia edirlər ki, MİS (“JEK”) əməkdaşları ərazinin artıq satıldığını, tezliklə 25 mərtəbəli binaların tikintisinə başlanılacağını etiraf ediblər.

Söküntü aparılan ərazisinin yaxınlığında boş yer qalmayıb, bir-birinə bitişik çoxmərtəbəli binalar, səkilər də zəbt edilməklə ticarət mərkəzləri tikilib. Şikayətçilər deyirlər ki, Xətai Rayon İcra Hakimiyyətinin indi də bu əraziyə “gözü düşüb”. Çoxmərtəbəli binaların tikintisi onsuz da əhalinin sıx məskunlaşdığı ərazidə hərəkətə çətinlik törədəcək.

“İcra hakimiyyətinin nümayəndələri və rayondakı bütün “JEK”lərin rəisləri söküntünün aparılmasına nəzarət edirlər. Səhər saatlarında isə mühafizə xidmətinin əməkdaşlarını çağırdılar ki, heç kim qorxudan etiraz edə bilməsin. Yalnız bağdakı əşyaları götürməyə icazə verirlər”, – Mübariz adlı sakin saytın əməkdaşına deyib.

Digər sakin isə söyləyib ki, sovetlər dönəmində bu ərazi park olub. Lakin sonradan baxımsız qalıb, ağaclar quruyub. Sakinlər isə xarabalığı təkrar yaşıllığa çeviriblər: “Ərazidə park tikiləcəksə, niyə gecə ikən ağacları kökündən çıxarıb, dərhal yerini şumlayırlar? Çıxarılan ağaclar Bakı kəndlərində ağac biznesi ilə məşğul olanlar tərəfindən daşınır. Onlar “JEK”lərlə əlbir işləyirlər”.

Sakinlərdən Ədalət Əliyev isə deyir ki, ərazi artıq satılıb. “Təxminən 20 gün əvvəl bir neçə nəfər ərazini ölçürdü. Dedilər ki, burda 25 mərtəbəli binalar tikəcəyik, amma biz inanmadıq. Sonradan “JEK” işçiləri də etiraf etdilər. Hələlik söküntünün bitməsini gözləyirik, hamı parkın salınmasının tərəfdarıdır. Amma bina tikilməsinə imkan verməyəcəyik”.

Şakinlər Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Nazirlik müraciətə dərhal reaksiya verib, dünən əraziyə baxış keçirilib, çoxillik ağacların şəkillərini çəkiblər.

Söküntüyə nəzarət edənlər məsələ ilə bağlı danışmaq istəməyiblər. Özünü təqdim etməyən MİS rəhbəri icra hakimiyyətindən münasibət öyrənməyi tövsiyə edib. Ərazidə olan icra nümayəndəsi isə söküntüdən sonra park salınacağını söyləməklə kifayətlənib. (virtualaz.org)









Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO


Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO



Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO



Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO



Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO



Xətaidə yaşıl soyqırım davam edir- yenə “park salınır”-VİDEO+FOTO

Son xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Bütün xəbərlər