Azərbaycan pomidoru: Bakıda da 5 manat, Tümendə də













Martın ikinci yarısından Bakıdakı topdansatış mərkəzlərində pomidor və xiyar kəskin bahalaşıb. Hazırda Bakı bazarlarında Zirə pomidorunun 1 kiloqramı 6-7 manatadır. İran və Gürcüstandan gətirilən pomidorun kiloqramı isə 2 manat 50 qəpik - 4 manat arası satılır.

Virtualaz.org xəbər verir ki, digər meyvə-tərəvəz məhsullarından fərqli olaraq, pomidorun qiyməti bir gecə içərisində artırılıb. Belə ki, martın 17-dən pomidorun bahalaşacağı ilə bağlı satıcılara xəbərdarlıq edilib, ertəsi gün bütün topdansatış mərkəzləri qiyməti 2 dəfə artırıb.



Hazırda Bakının ən ucuz bazarı sayılan "8-ci kilometr” bazarında salxım pomidor 7 manata, Zirə pomidoru iriliyindən asılı olaraq 5-7 manata, Qazax pomidoru 3 manat 50 qəpik, Şəmkir pomidoru 3 manat 50 qəpik-4 manat, çəhrayı pomidor 4 manata satılır. Türkiyə pomidoru isə nisbətən ucuz - 2 manat 50 qəpik-3 manata təklif edilir. Xiyarın qiymətinə gəldikdə isə, patron 4 manata, melit növ xiyar 3 manata, İrandan gətirilən xiyar 2 manata, Bakı istixanalarının məhsulu isə 3 manata satışdadır.

Satıcılar bildiriblər ki, qiymətlərə bayram və qıtlıq təsir edib. Bayramdan sonra qiymətlər nisbətən ensə də, rayonlardan məhsul gətirənlər azalıb.

Meyvə-tərəvəz satışı ilə məşğul olan Həsən Abdulov bildirib ki, bayramdan sonra satış zəifləyir. Indi əsasən kartof, soğan kimi gündəlik istifadə edilən tərəvəzlər satılır.



"Təzə bazar”da isə kiloqramı 3 manat 50 qəpikdən ucuz pomidor tapmaq mümkün deyil. Zirə pomidoru 7 manata, Türkiyə pomidoru isə 4 manata təklif edilir. Bayram ərəfəsi isə pomidorun qiyməti 9-11 manatdan ucuz olmayıb. Hazırda bazarda çəhrayı pomidor 4 -4 manat 50 qəpiyə, Şəmkir pomidoru 4 manat 40 qəpiyə, patron xiyarları isə 5 manata satışa çıxarılıb.

Bakı bazarlarında pomidorun bu cür kəskin bahalaşmasını bəlkə də mövsüm amilləri ilə izah etmək olardı. Lakin araşdırmalarımız göstərir ki, Azərbaycan istixanalarında yetişdirilən pomidorun qiyməti baxımından Bakı və Rusiyanın hətta ən ucqar şəhərlərinin bazarları arasında ciddi fərq yoxdur.



Belə ki, Tümen bazarlarında hazırda Şəmkir pomidoru Azərbaycan valyutası ilə təxminən 5 manat-5 manat 20 qəpiyədir. Bunu Tümendə yaşayan və ticarətlə məşğul olan azərbaycanlılardan dəqiqləşdirdik. Moskvadakı soydaşlarımızdan aldığımız məlumata görə isə hazırda Rusiya paytaxtının bazarlarında Bakı və Şəmkir pomidorlarının qiyməti təxminən 180-200 rubl arasındadır. Bu, 4-6 manat deməkdir.

Bakı xiyarı isə Moskva bazarlarında Bakının özündən xeyli ucuzdur-cəmi 2 manata təklif edilir.

Bəs necə olur ki, Azərbaycanda yetişdirilən pomidorun yerli bazarlardakı qiymətləri ilə qonşu Rusiyanın bazarları arasındakı qiyməti demək olar eynidir? Axı bu heç bir iqtisadi qanunlara sığmır. Yerli bazarlarda qəfildən pomidoru iki dəfə bahalaşdıran qüdrətli əllərin sahibləri kimlərdir?

Azərbaycan pomidoru: Bakıda da 5 manat, Tümendə dəAzərbaycan pomidoru: Bakıda da 5 manat, Tümendə dəAzərbaycan pomidoru: Bakıda da 5 manat, Tümendə də

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər