Gözəllik salonlarında qadınları gözləyən ölümcül xəstəliklər – Xanımların diqqətinə!














Paytaxtda gözəllik salonlarının sayı durmadan artır. İndi demək olar ki, hər addımbaşı qadın gözəllik salonlarına rast gəlmək olar.

Təbii ki, təklifin bu qədər genişlənməsinə səbəb tələbin həddindən artıq çox olmasıdır. Gözəlləşmək, təravətlənmək gözəllik salonuna üz tutanların sayı kifayət qədərdir. Gözəllik qurban tələb edir, bir çoxları bu qurbanın sadəcə salonlara verdikləri pullar olduğunu düşünsə də, əslində daha çox öz sağlamlıqlarını qurban verirlər. Çünki gözəllik salonları bir çox hallarda xəstəlik yuvasına çevrilir. Bakıdakı gözəllik salonlarının heç də hamısında sanitar qaydalar gözlənilmir.


Məsələn, gün ərzində onlarla müştərinin saçını qurutmaq üçün eyni dəsmaldan istifadə edilir. Makiyaj vasitələri, məsələn, fırçalar, nəqqaşlar, müxtəlif alətlər aylarla istifadə edilir.

Bütün bunlar müxtəlif dəri xəstəliklərinin, dəmirovun yayılması üçün əsl münbit şərait yaradır. Eyni saç daraqlarının dəfələrlə istifadə edilməsi isə pedikulez başqa sözlə bitlərin ötürülməsinə səbəb ola bilər.

Xəstəliklərin yayılmasına ən böyük "töhvə"ni isə manikür və pedikür alətləri verir. İnfeksiyanın bir insandan digərinə keçməsi üçün iynənin ucunda və ya manikür qayçısında qalmış cüzi qan damcısı kifayətdir. Əvvəlki müştəri xəstədirsə, bu halda həmin xəstəlik növbəti şəxsə də yoluxacaq.

Eyni zamanda tatuaj, qulaq deşilməsi, pilinq və digər kosmetoloji prosedurlar zamanı da ləkələrin ağardılması, piqment ləkələrinin aradan qaldırılması, varikoz genişlənmənin qarşısının alınması, qırışların aradan götürülməsi, mezoterapiya, pilinq, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası kimi, əsasən, qanla aparılan prosedurlar Hepatit B və C kimi təhlükəli xəstəliklərin yoluxmasına təkan verir.

Sterilizasiya şərtlərinə də nəzər yetirsək prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Hazırda salonlarda adi qaynama vasitələrindən və üzərində "sterilizer" sözü yazılan alətdən istifadə edilir. Halbuki bunlar virus infeksiyalarını məhv etmək üçün yetərli deyil. Mütəxəssislərin fikrincə, ilk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır. Bu günədək dəfələrlə belə təkliflər səslənib ki, adı çəkilən xidmətləri göstərmək üçün peşəkar mütəxəssislərə və Səhiyyə Nazirliyindən alınan müvafiq sertifikatlara ehtiyac var.

Spirtləmə, qaynatma təhlükəli viruslara təsir göstərmir. Tam dezinfeksiya üçün xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti 120-350 manatdır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriyaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur.

Həkim-kosmetoloq Tahirə Mehdiyeva deyir ki, "Bu qurğulardan isə əksər gözəllik salonlarında olmadığı üçün infeksiya yolu ilə həyata keçirilən prosedurları icra eləmək düzgün deyil. Xüsusilə qanla əlaqəli prosedurlar təmiz şəraitdə aparılmalıdır. Salonlarda isə aləm bir-birinə dəyir, salonun hər yerində saç, dırnaq, tük tapmaq mümkündür. Nəinki qanla əlaqəli prosedurlar, hətta dəridə aparılan "təmizləmə" belə, gözəllik salonlarında edilməməlidir. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun. Adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil. Ya da alətləri mikrodalğalı sobada 280 dərəcədə qoyub, deyirlər ki, mikroblar ölür".

Gözəllik salonlarındakı gigiyena və sanitariya vəziyyətinin öyrənilməsi, buna nəzarət edilməsi xüsusi bir qurum – Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilməlidir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin sanitariya şöbəsinin müdiri Ziyəddin Kazımov mediaya açıqlamasında bildirib ki, gözəllik salonlarının sayı həddindən artıq çox olduğundan, onlarda aylıq monitorinqlərin aparılması çətindir.

Məhəllə aralarında yerləşən, kiçik bir otaqdan ibarət salonların yoxlanılması isə olduqca çətindir. Bu sahədə heç bir təhsili olmayan, sadəcə bacarıqlı olduğu üçün evinin qarşısında kiçik bir salon açıb işlədən xanımlar, təəssüf ki, otaqda sadə təmizlik aparmaqla məsələni bitmiş hesab edirlər.

Bu cür obyektlərə mərkəz işçilərinin yolunun düşməməsi, monitorinq üçün gəldikdə isə bir miqdar pulu ciblərinə qoyub, gözlərini yumub qayıtmaları özünə qulluq arzusu ilə bu salonlara yollananların sağlamlığı ilə oynayır.

Yoluxan xəstəliklər dərhal özünü göstərmədiyi üçün daha sonra heç kimə bunu sübut etmək də olmur.

Sonda yenə ən böyük yük müştərilərin öhdəsinə düşür. Yaxşı olardı ki, xanımlar öncə gözəllik salonundakı təmizliklə tanış olsunlar və manikür-pedikür üçün öz şəxsi alət dəstlərini, makiyaj üçün öz ləvazimatlarını istifadə etsinlər./minvalinfo

Son xəbərlər

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

Bütün xəbərlər