BABA RZAYEV “AZƏRODUNCAQ” ASC YARADIR?





“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin Bakıətrafı qəsəbələrdə tərəvəz yetişdirilən istixana biznesinin olması barədə söhbət çoxdan var. O da məlumdur ki, cənab Rzayev energetika sahəsinə elektrotexnika biznesindən gəlib. Başqa sözlə, ona “bu qədər pulun hardandı” sualı düşmür. Ancaq qarşısında “yaşıl işıq” yandırılmış, qabağına çıxan bütün qapılar taybatay açılmış bu nüfuzlu iş adamının çoxşaxəli fəliyyətində hərdən elə “yeniliklərə” rast gəlinir ki, onun əsas, yəni, ölkə başçısı tərəfindən müəyyənləşdirilmiş vəzifəsi ilə daban-dabana ziddiyyət təşkil edir və mütləq cavab tələb edən suallar doğurur. Bu günlərdə əldə etdiyimiz məlumata görə, paytaxtın Şüvəlan qəsəbəsində məlum bir ünvanda əsasən fıstıq ağacından olan oduncaq tədarük edilir və bu işlə məşğul olanlar özlərini sığortalamaq üçün “Azərişıq” rəhbərinin adını hallandıraraq, məhz onun patronajlığı altında çalışdıqlarını deyirlər. Maraqlıdır, deyilmi? Görəsən, ölkəni elektrik enerjisi ilə təchizatına cavabdeh bir quruma başçılıq edən bir şəxsin oduncaq tədarük etmək nəyinə lazımdır? İstilik hasil etmək üçün yanacaq kimi istifadə olunan fıstıq ağacları bəyəm elektrik enerjisi ilə müqayisədə bu qədərmi ucuz başa gəlir? Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə necə baxır? Tədarükçülər B. Rzayevin adını hətta tutaq ki yalandan hallandırmaq üçün cəsarəti hardan tapıblar? Və niyə başqası yox, məhz B. Rzayev? Ümid edirik ki, bu mövzu ilə bağlı növbəti yazımızı oxucularımıza təqdim edənədək toxunduğumuz nüansların ya təsdiqinə, ya da təkzibinə nail ola biləcəyik.




BABA RZAYEV “AZƏRODUNCAQ” ASC YARADIR?BABA RZAYEV “AZƏRODUNCAQ” ASC YARADIR?BABA RZAYEV “AZƏRODUNCAQ” ASC YARADIR?BABA RZAYEV “AZƏRODUNCAQ” ASC YARADIR?

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər