Heydər Əsədovun işçisi qanunları necə tapdalayır?





Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsin direktori Çərkəz Şirinovun büdcədən yüzminlərlə vəsaiti yayındıraraq mənimsəyib.
Bu barədə Yeni Azərbaycan Partiyasının Beyləqan rayon Təşkilatının fəalları – İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlunun PİA.AZ-a göndərdikləri şikayət məktubunda iddia olunur.
Beyləqan rayon sakinləri göndərdikləri şikayət məktubunda qeyd edirlər ki, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin direktoru Çərkəz Şirinov Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Tofiq Qocayevlə birləşərək müəssisəni talayırlar:
“2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda “Xətai” adına MMC ilə “Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi yaradılıb. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə direktor ləğv olunmuş “Xətai” MMC-nin rəhbəri Çərkəz Şirinov təyin edilmişdir. Həmin gündən biz “Dostluq” MMC-nin işçilərinin qara günləri başlamışdır. Birləşmə zamanı direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, “Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri işdən çıxarıb. Dəfələrlə Kənd Təsərrüfatı nazirliyinə şifahi və yazılı müraciət etsək də, nazirliyin idarə rəisi Tofiq Qocayev bu məktubların nəticəsiz qalması üçün əlindən gələni edir. Tofiq Qocayevin bu qanunsuzluğa qol qoymasının səbəbi isə Çərkəz Şirinovun Tofiq Qocayevi müəssisədən əldə etdiyi milyonlara şərik etməsidir”.
Şikayətçilər göndərdikləri məktubda müəssisə rəhbəri Çərkəz Şirinovun dövlətin qanunlarını saya salmadığını və vergidən yayındığını da bildirirlər.
“Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC işçilərini müqaviləsiz və qanunsuz işlədir. Rəsmi sənədlərdə maxinasiyalar edilərək dövlət büdcəsinə ödənilməli olan vəsaitlər də Çərkəz Şirinov tərəfindən mənimsənilir. Keçən il müəsissə 600 ha pambıq sahəsi əkmişdi. Əkilən pambığa görə müəsissə ən azı 100 nəfər vətəndaşı işlə təmin etməli və onlarla müvəqqəti olsa da, əmək müqaviləsi bağlamalı idi. Ancaq Çərkəz Şirinov göstərilən işçi sayını 4 dəfə azaldaraq, muzdlu işçilərə çöldən çölə pul ödəməklə külli miqdarda vergidən yayınıb.
Biz müəssisənin işçiləri hansı formada işlətdiyi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə rəsmi sorğu göndərdik. Sorğumuza göndərdiyi cavabda 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi qeyd edir ki, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-yə 26 Fevral 2018-ci il tarixdə Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə əkin sahələrində işçilərin müqaviləsiz işlədilməsinə və işçilərin əmək haqlarının tutulmalarının araşdırılması üçün müvafiq sənədlərin müfəttişliyə göndərilməsi barədə 29.01.2018-ci il tarixdə Müəssisəyə 118, 188 və 191 nömrəli məktubla müraciət etmiş, lakin müəssisə rəhbərliyi 14 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəsmi sorğusunu cavablandırmamışdır”.
Yeni Azərbaycan Partiyasının Beyləqan rayon Təşkilatının üzvləri şikayət məktublarda Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin dövlət sıgorta haqlarını tam ödəmədiyini də bildirirlər.
“Qeyd edək ki, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-nin işçilərinin sosial sıgortadan yayındırdığı da artıq məlumdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin rəsmi sorğumuza verdiyi cavabda da qeyd olunur. belə ki, 28 Yanvar 2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon Şöbəsinin cavab məktubunda yazılır ki, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC sosial vergidən yayındığı üçün Azərbaycan Respublikasının “Sosial Sığorta Haqqında” Qanunun 18-ci və 21-ci maddələri tətbiq olunaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsi qarşısında iddia qaldırılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş Qətnamə icra olunması üçün Beyləqan rayon İcra Şöbəsinə göndərilmişdir”.
Saytımıza müraciət edən Beyləqan rayon sakinləri Kənd Təsərrüfatı naziri Heydər Əsədova və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi kamran əliyevə müraciət edərək Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi MMC-də baş verən maxinasiyanın qarşısının alınması üçün müvafiq addımların atılmasını xahiş edirlər.
Şikayətçilər onu da bildirdilər ki, yaxın günlərdə baş verənlərlə bağlı dövlət rəhbərliyinə və ölkə ictimaiyyətinə video müraciət edəcəklər.




Heydər Əsədovun işçisi qanunları necə tapdalayır?Heydər Əsədovun işçisi qanunları necə tapdalayır?



Heydər Əsədovun işçisi qanunları necə tapdalayır?Heydər Əsədovun işçisi qanunları necə tapdalayır?

Son xəbərlər

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Bütün xəbərlər