Beyləqan Polis rəisi Füzuli Şıxəliyev baş vermiş bıçaqlanma hadisəsini necə ört-basdır-Özəl



















Baş verən hadisənin ört-basdır edilməsinə şəxsən Beyləqan rayon Polis İdarəsinin rəisi Füzuli Şıxəliyev rəhbərlik edir.

Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın, Dövlət Yol Polis idarəsində işləyən oğlu Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlması barədə ölkə mediasında məlumat yayılıb.Həmin məlumatla bağlı Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov, rayon DYP rəisi Azad Məmmədov, polis rəisi Füzuli Şıxəliyev və Tural Əliyevin anası Xuraman Rüstəmova müxtəlif açıqlamlar veriblər. Dünən Baş Dövlər Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlama verərərək hadisənın bıçaqlanma olmadığını və tərəflərin sadəcə “kağız kəsən alətlə təsüdüfən bir-birinə xəsarət yetirdiyini” bildirdi. Kamran Əliyev dəqiq informasiyanın Beyləqan polis şöbəsindən almağı da tövsiyə edib. Baş verən hadisənin bəzi detalları ilə bağlı Reportyor.info məlumat əldə edib. Həmin məlumatda vurğulanır ki, martın 10-da saat 19-00 radələrində Beyləqan – Daşburun stansiyası magistral yolunun Milabad kəndi yaxınlığında DYP işçisi Tural Əliyevlə Namiq Zeynalov arasında mübahisə yaranıb. DYP işçiləri arasında mübahisənin yaranma səbəbi isə Tural Əliyevin Namiq Zeynalova kobud cavab verməsi və ona qarşı saymamazlıq hərəkəti etməsi olub. Üç gün öncə DYP-də işə başlayan Tural Əliyevin bu hərəkətindən əsəbləşən Namiq Zeynalov isə həmkarına onun DYP-yə necə keçdiyini və onların haqqında rayonda hansı söz söhbətlərin gəzdiyi ifadəsini işlədib. Namiq Zeynalovun bu sözündən sonra Tural Əliyev cibində gəzdirdiyi kiçik bıçaqla iş yoldaşına arxadan bir neçə zərbə endirməyə başayıb.
Məlumatda qeyd edilir ki, bıçağın kiçik olması və Namiq Zeynalovun cəld reaksiyası nəticəsində ona iki zərbə dəyib. Davaya vətəndaşların yığışdığını görən Tural Əliyev Namiq Zeynalovu hadisə yerində qoyaraq qaçıb. Məlumatda rayon sakinləri Namiq Zeynalovu Mərkəzi Xəstəxananın Təcili Tibbi Yardım Mərkəzinə gətirərək ona ilkin yardım edilməsinə köməklik göstəriblər.

Beyləqan Təhsil şöbəsi müdirinin oğlu iş yoldaşını niyə bıçaqlayıb?-
Beyləqan rayon Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova

Hadisə baş verdikdən təxminən 25 dəqiqə sonra Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmova və digər iki oğlu Mərkəzi Xəstəxanaya gəliblər. Baş həkim Əli Məmmədovla və Namiq Zeynalovun qohumları ilə görüşən Xuraman Rüstəmova nə lazımdırsa ediləcəyini və məsələnin sakitcə, sülh yolu ilə həll olunmasını xahiş edib. Təhsil Şöbəsinin müdiri xəstəxanda açıq şəkildə deyib ki, “baş verən hadisə ilə bağlı rayon icra başçısı Vaqif Abdullayevlə və Polis rəisi Füzuli Şıxəliyevlə danışdım. Onlarda istəyirlər ki, bu məsələ sakit öz həllini tapsın”.

Beyləqan Təhsil şöbəsi müdirinin oğlu iş yoldaşını niyə bıçaqlayıb?-
Beyləqan rayon Polis İdarəsinin rəisi Füzuli Şıxəliyev
Beyləqan polis idarəsindəki mənbəmizin XəzərNews.az verdiyi məlumata görə hadisədən bir gün sonra polis idarəsinin rəisi Füzuli Şıxəliyev təcili şəkildə rayona gələrək öz kabinetində Xurman Rüstəmova ilə 1 saat söhbət edib. Həmin söhbətin bir hissəsində rəisin müavini Taleh Hüseynov da iştirak edib. Məlumatda vurğulanır ki, Füzuli Şıxəliyev Xuraman Rüstəmova görüşünə icra başçısı Vaqif Abdullayev də telefonla qatılaraq hadisənin təcili şəkildə ört basdır edilməsini və məsələnin mətbuatdan gizlədilməsi tapşırığını verib. Maraqlıdır görəsən Beyləqan rayon Polis rəisi məsələnin ört-basdır edilməsində marağı nədir?Görünən odur ki. Füzuli Şıxəliyev ”Polis haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU” unudub. Namiq Zeynalovun anasının mətbuata açıqlaması xəbəri yayılandan sonra isə Xuraman Rüstəmovanın DYP işçisinin yaxın qohumlarına zəng edərək onları hədələdiyi deyilir.

Məlumata görə Beyləqan Təhsil şöbəsinin müdiri xəstəxanada oğlanlarına və qohumlarına “nəyin bahasına olur – olsun oğlum işini itirməyəcək və lazım olsa Turala görə aldığım obyektləri satıb məsələni bağlayacam” deyir.

Qeyd edək ki, Xuraman Rüstəmova Beyləqan Təhsil Şöbəsinin müdiri təyin edildikdən sonra rayonda bir neçə obyekt, yanacaqdoldurma məntəqəsi və oğlanlarına bir neçə bahalı avtomobil alıb. Şöbə müdirinin icra başçısı Vaqif Abdullayevlə şərikli maliyyə maxinasiyaları etməsi barədə ölkə mətbuatında dəfələrlə məlumatlar yayılıb.

Mövzunu diqqətdə saxlayacağıq.

Növbəti yazımızda Polis haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU haqqında məlumat xatırladacağıq.

Redaksiyadan: Yazıda adı keçən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.

@dogruxeber.tv



Beyləqan Polis rəisi Füzuli Şıxəliyev baş vermiş bıçaqlanma hadisəsini necə ört-basdır-Özəl




Beyləqan Polis rəisi Füzuli Şıxəliyev baş vermiş bıçaqlanma hadisəsini necə ört-basdır-Özəl

Oxunub: 5 186

Son xəbərlər

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

Bütün xəbərlər