Bu gün 10 oliqarxa zərbə endiriləcək







Bu gün Birləşmiş Ştatlar hökuməti Rusiya prezidenti Vladimir Putinə yaxın 10-a qədər oliqarxa sanksiyalar tətbiq edilməsinə dair qərarını açıqlamağa hazırlaşır

Amerika KİV-ləri xəbər verir ki, bu sanksiyalar Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsinə cavabdır.

“Bloomberg” bildirir ki, sanksiya tətbiq edilən oliqarxların adları bu ilin fevralında açıqlanan “Kreml siyahısı”nın məxfi hissəsində yer alır. Ağ evə yaxın jurnalistlərin bildirdiyinə görə sanksiya tətbiq ediləcək oliqarxların dəqiq sayı hələ məlum deyil, amma söhbət 10-a qədər rusiyalı zəngindən gedir.

Digər mənbələr xəbər verir ki, Tramp administrasiyası sanksiyalar barədə elə bu gün-aprelin 6-da elan edəcək. Əslində oliqarxlara qarşı sanksiyaların tətbiqi Rusiya kəşfiyyatçısı Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsindən əvvəl planlaşdırılmışdı. Ancaq ehtimal edilir ki, sanksiyalar Moskva ilə Qərb arasında münasibətləri daha da gərginləşdirəcək.

NBC telekanalı sanksiya tətbiq olunan oliqarxların siyahısının ABŞ kəşfiyyat xidmətləri tərəfindən tərtib edildiyini bildirir. Siyahını son bir neçə gün ərzində hazırlayıblar. “Bəzi adlar hamıya çox yaxşı tanışdır”-ABŞ kəşfiyyatının keçmiş əməkdaşı bildirib.

“Reuters” isə bildirir ki, bu sanksiyalar son illər Rusiyaya qarşı tətbiq edilmiş ən aqressiv sanksiyalar ola bilər və məhz biznes-elitaya qarşı yönələcək. Söhbət prezident Putinə yaxın şəxslərdən gedir.

Bundan əvvəl Rusiyanın Amerika seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller Birləşmiş Ştatlara səfər edən üç rusiyalı oliqarxı saxlayıb dindirmişdi. Onlardan biri elə Nyu-York aeroportunda, şəxsi təyyarəsi yerə enən kimi saxlanılıb və elektron qurğularına baxış keçirilib.

RBC agentliyi “Flightradar” portalının məlumatlarına əsasən müəyyən edib ki, söhbət çox güman Roman Abramoviç, Viktor Vekselberq və Mixail Proxorovdan gedir. Çünki məhz bu oliqarxların təyyarələri mart ayında ABŞ-a uçublar. Belə ki, Abramoviçin “Boeing 767-300ER” tipli, P4-MES bort nömrəli layneri martın 12-dən 16-na qədər Nyu-Yorkda olub. Mixail Proxorovun “Airbus A319” tipli, M-RBUS bort nömrəli layneri martın 20-də və 21-də Nyu-Yorkda görünüb. Viktor Vekselberqin “Airbus A-319-115” tipli, P4-MİS bort nömrəli təyyarəsi isə martın 6-dan 11-nə qədər Boston-Nyu-York-Vaşinqton-Nyu-York marşrutları üzrə bir neçə uçuş keçirib.(

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər