Bulaq başında törədilən dəhşətli qətlin — TƏFƏRRÜATLARI











Göygöl rayonunda qətl törətməkdə təqsirli bilinən Cavid Cəfərov, Qoçu Kərimov, Aqil Rüstəmov və Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Ölkə.Az” xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Sevindik Əzizovun sədrliyi ilə növbəti proses keçiriləcək.

İttihama görə, 2016-cı il fevralın 25-dən itkin düşən 53 yaşlı Gəncə şəhər sakini, 1964-cü il təvəllüdlü Eldar Əliyevin meyiti Göygöl rayonunun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Göygöl rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, hadisəni Balçılı kənd sakinləri – 29 yaşlı Cavid Cəfərov, 35 yaşlı Qoçu Kərimov, 32 yaşlı Aqil Rüstəmov və 26 yaşlı Xəyal Məmmədov törədib.

Məlum olub ki, Balçılı kənd sakini Cavid Cəfərov tanışı Eldar Əliyevlə aralarında borc pulla bağlı yaranmış narazılığa görə həmkəndliləri Qoçu Kərimov və Aqil Rüstəmovla qabaqcadan əlbir olan bir qrup şəxs halında onu öldürməyi razılaşıblar.

Həmin məqsədlə, fevralın 15-də onlar 2 ədəd bel, 1 ədəd dəmir ling və 1 ədəd külüngü sonuncunun idarə etdiyi avtomobillə Axarca kəndi ərazisindəki meşədə gizlədiblər.
Bundan sonra, fevralın 25-də saat 18 radələrində Cavid Cəfərov Eldar Əliyevi nahar etmək adı ilə Aqil Rüstəmovun idarə etdiyi avtomobillə rayonun Balçılı kəndində “Nurəddin bulağı” adlanan əraziyə dəvət edib.

Burada yeyib içdikdən sonra sərxoş vəziyyətdə Cavid Cəfərovla Eldar Əliyev arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavid Cəfərov çəkiclə Eldar Əliyevin təpə nahiyəsinə iki dəfə vuraraq öldürüb və meyitini birlikdə Aqil Rüstəmovun idarə etdiyi avtomobilin yük yerinə qoyub, sonra Axarca kəndi istiqamətinə aparıblar.

Avtomobil nasaz vəziyyətə düşdüyündən meyiti oraya çağırılmış tanışları Xəyal Məmmədovun idarə etdiyi avtomobillə Axarca kənd ərazisindəki meşəlik sahəyə apararaq basdırıblar.

İstintaq araşdırması zamanı məlum olub ki, Qoçu Kərimov Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə axtarışda olub.

İş üzrə Cavid Cəfərov, Aqil Rüstəmov və Qoçu Kərimov Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), Xəyal Məmmədov isə həmin məcəllənin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər özlərini günahkar biliblər.

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər