Kinematoqrafçılar İttifaqı qısametrajlı ssenari müsabiqəsi elan edib













Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı “Yeni nəfəs- III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Azinforum.az-a bildirib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.


Müsabiqənin şərtlərinə görə, yaşı 35-dək olan bütün şəxslər istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri təqdim edə bilər. Ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə, orijinal, yəni ekranlaşdırılmamış olmamalıdır.
Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift “Courier New”, 12 ölçüdə təqdim olunmalıdır. Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir. Hər müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır. Ssenarilər sentyabrın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.
Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti məxfi seçim əsasında dörd ssenarini qiymətləndirəcək. Müsabiqədə Qran-Pri 2500 manat (ekranlaşdırılması nəzərdə tutulur), I, II, III yeri tutan qaliblər isə müvafiq olaraq 2000, 1500, 1000 manat pul ilə mükafatlandırılacaqlar.
Müsabiqənin nəticələri bu ilin oktyabrında açıqlanacaq.



Kinematoqrafçılar İttifaqı qısametrajlı ssenari müsabiqəsi elan edib

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər