Prezidentliyə hansı namizəd daha çox dil bilir: İlham Əliyev 5, Araz Əlizadə 6, Sərdar Cəlaloğlu isə… – Araşdırma















2 gün sonra, aprelin 11-i Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq.
Seçki prosesində namizədlər Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən müəyyən olunan zamanda təbliğat-təşviqat işlərinə zaman ayırıblar. Namizədlərin xarici əlaqələrlə bağlı səsləndirdiyi fikirlər də önəmlidir.
Bəs görəsən prezidentlik uğrunda mübarizə aparan namizədlər hansı xarici dilləri bilir?
Mia.az xəbər veirr ki, bununla bağlı Modern.az saytı araşdırma aparıb:
Rəsmi məlumata görə, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
Prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin köməkçisi deyib ki, Hafiz müəllim Azərbaycan, rus dillərini yaxşı səviyyədə, müəyyən qədər də türk dilini bilir: “Hafiz Hacıyevin uşaqlığı Ermənistanda keçdiyi üçün erməni dilini də bilir”.
Prezidentliyə namizəd, Milli Məclisin deputatı Zahid Oruc: “Mən rus və ingilis dillərini normal danışıq səviyyəsində bilirəm”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli deyib ki, Qüdrət bəy ingilis və rus dillərini yaxşı səviyyədə bilir.
Azərbaycan Sosial Demokrat Partiyasının prezientliyə namizədi, deputat Araz Əlizadə: “Ana dilim Azərbaycan dili ilə yanaşı rus, ukrayın, fars, tacik və türk dilini mükəmməl səviyyədə bilirəm. İngilis dilini isə məişət səviyyəsində bilirəm. Mən deyəndə ki, hansısa dili bilirəm, demək o dilə mükəmməl səviyyədə yiyələnmişəm”.
Prezidentlyə namizəd, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu: “Mən Azərbaycan dilinin qrammatikasını çox yaxşı şəkildə bilirəm. Rus dilində oxuyuram, tərcümə edirəm, bir az zəif də olsa danışıram. Mənim dil öyrənmə qabiliyyətim zəifdi”.
Milli Dirçəliş Hərəkatı Partiyasından prezidentliyə namizəd, deputat Fərəc Quliyev: “Rus dilini yaxşı bilirəm, alman dilini də müəyyən qədər bilirəm. Təbii ki, Türkiyə türkcəsini də başqa dil hesab etmirəm”.
“Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizəd Razi Nurullayev: “Azərbaycan dilinin mükəmməl səviyyədə bilirəm, rus, ingilis və fransız dillərini əla bilirəm. Bundan başqa, alman dilini də danışıq səviyyəsində bilirəm. Türkiyə türkcəsində də çox yaxşı danışıb-yazıram”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər