Razi Nurullayev sonuncu yeri tutdu













Seçicilərin böyük əksəriyyəti aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirak edəcək.

dogruxeber.tv ” Azərtac-a istinadən xəbər verir ki, bunu “Rəy” Monitorinq Mərkəzinin aprelin əvvəlində keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir. Rəyi soruşulanların 68 faizi birmənalı olaraq səsverməyə qatılacağını, 10 faizi isə “yəqin ki, qatılacağını” qeyd edib. Birmənalı olaraq səsverməyə getməyəcəyini deyən respondentlər 5 faiz təşkil edib və o qədər də respondent “yəqin ki, iştirak etməyəcəyəm” cavab variantını seçib. Daha 8 faiz səsverməyə gedib-getməyəcəyinə hələ qərar verməyib. Dörd faiz isə cavab verməkdə çətinlik çəkib.

Sorğunun nəticələrinə əsasən, seçkilərdə səsvermə məntəqələrinə yollanacaq respondentlərin tam əksəriyyəti – 83,5 faizi öz səslərini hazırki dövlət başçısı İlham Əliyevə verəcək. Digər namizədlərlə bağlı faiz göstəriciləri belədir: Qüdrət Həsənquliyev – 2 faiz, Sərdar Məmmədov – 1,7 faiz, Hafiz Hacıyev -1,6 faiz, Fərəc Quliyev – 1,1 faiz, Zahid Oruc – 0,9 faiz, Araz Əlizadə – 0,7 faiz, Razi Nurullayev – 0,5 faiz respondent. Daha 2,5 faiz heç kimə səs verməyəcəyini, 2,3 faiz dəstəkləyəcəyi namizədə dair hələ qərar vermədiyini bildirib, 3,2 faiz isə cavab verməkdə çətinlik çəkib.

“İlham Əliyev sizin kimi insanların maraqlarına cavab verirmi?” sualına respondentlərin 85 faizə yaxını “Bəli, cavab verir” (tam və ya qismən), 3 faizi “Xeyr, cavab vermir”, 6 faizi isə “Əsasən cavab vermir” deyə bildirib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Respondentlərdən seçkilərin nəticələrinə nə dərəcədə etibar etdikləri də soruşulub. “Sizcə prezident seçkiləri ədalətli keçiriləcək və nəticələr xalqın iradəsini əks etdirəcəkmi?” sualına cavabda respondentlərin 48 faizi bütövlükdə seçkilərin ədalətli keçiriləcəyinə, nəticələrin isə xalqın iradəsini əks etdirəcəyinə inandığını vurğulayıb, 38 faizi isə xırda pozuntuları istisna etməyib, lakin onların ümumi nəticələrə xələl gətirməyəcəyini qeyd edib. Yalnız 9 faiz “hakimiyyətin seçkinin nəticələrini təhrif edəcəyini, onların xalqın iradəsini əks etdirməyəcəyini” deyib. Qalan respondentlər bu sualı cavablandırmaqda çətinlik çəkiblər.

Hesabat 2018-ci il aprelin 2-3-də keçirilmiş “omnibus” tipli ictimai rəy sorğusunun nəticələri əsasında hazırlanıb. Yaşayış yeri üzrə üzbəüz müsahibə yolu ilə keçirilən sorğuda yaşı 18 və yuxarı olan 1635 nəfər iştirak edib. Nisbi xəta +2,7 faizdir.

Əhalinin sosial stratifikasiyası, yaş və cinsi strukturunu proporsional şəkildə əks etdirən bu sorğu təsadüfi seçmə metodu əsasında Azərbaycanın 10 sosial-iqtisadi zonası üzrə 48 yaşayış məntəqəsini əhatə edib.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər