Goranboyda özbaşınalıq: bələdiyyə sədri icra başçısını da eşitmir - İttihamlar













bələdiyyə sədri icra başçısını da eşitmirGoranboyun Qızılhacılı qəsəbə sakini Həsənov Əli Əbülfət oğlu prezident İlham Əliyevə məktub yazıb
Rayon sakini üzləşdiyi özbaşınalıqdan bəhs edib.

Onun miq.az-a yazdığı məktubda sözlərinə görə, Heydər Əliyevin Aqrar İslahat proqramını qəbul edib torpağı kəndlilərə qaytarmasından ruhlanaraq 1997-ci ildə 62 ha və 2004-cü ildə 22 ha əkinə yararsız yeri icarəyə götürərək qoyunçuluqla məşğul olub.

“Uzun illər ərzində istifadə etdiyim torpağın icarə haqqını vaxtı-vaxtında ödəmişəm. 62 hektarın icarə müddəti başa çatmağa yaxınlaşdıqda Qızılhacılı Bələdiyyəsinin sədri Məzahir Allahverdiyevə müqavilənin yenilənməsi üçün müraciət etdim.

Məzahir Allahverdiyev müəyyən ödənişlər qarşılığında bu işin asan olacağını bildirib. 2148.80 manat Bərdə regional reyestr xidmətinin bank hesabına 1200 manat, Kəmaləddin müəllimə, 100 manat Yavərə, 100 manat Ələddinə, 500 manat mənə verərsən bu iş bitər demişdi. Bundan sonra mən bankdan kredit götürüb Məzahir Allahverdiyevə verdim.

Bir neçə gündən sonra məni yanına çağırıb, işin düzələcəyini amma mənim və İlqar müəllimin 150 baş qoyununu saxlamağımı xahiş etdi. Mən razılaşdım”,-deyə şikayətçi bildirib.

şikayətçi qoyunların qışı yataqda qaldığını söyləyib.

Məktubdan sitat: “Yaz gəlib havalar isinəndə mən çobandan (Əsgərov Etiram Akif oğlu) Məzahir müəllimin qoyunları haçan aparacağını soruşdum?
O isə cavabında "ə bilirsən bu qoyunlar kimindir?” Mən dedim kimindir? O isə cavabında rayon DTX-nın sədri İlqar müəllimin.

Bu söhbətdən sonra Məzahir Allahverdiyev tərəfindən hədələr başladı. Mən bu torpağı sənin acığına çobana verəcəm görərsən. Mən isə bu torpağın aqrar islahatdan qohumlarımla birlikdə köhnə Azərbaycan manatı ilə 4 milyon manata aldığımı (rəsmi qəbz ilə) qoyunlarını yataqdan çıxarmasını tələb etdim.

Bir neçə ay sonra sənədləri ala bilmədikdə rayon icra başçısı Nizaməddin Quliyevə müraciət etdim. Eşitdiklərim məni dəhşətə saldı.

İcra başçısı bələdiyyə sədri məni eşitmir dedi. Bundan sonra mən cibimə telefon qoyub, bələdiyyə sədrinin yanına gəldim.

Bələdiyyə sədri məndən pul aldığını etiraf etdi. Get hara deyirsən de onsuzda xeyri olmayacaq (audio disk vasitəsilə sübutum var) prokurorluqda və hərracda da hamısı bizim adamlardır dedi. Bundan sonra müvafiq orqanlara müraciətlərim cavablandırılmadı.

Ən çox da ƏMDK-11 saylı Bərdə regional idarəsi “biz Məzahirsiz yer vermirik get onunla razılaş” deyə cavablandırdılar.

Əslində bu onların Prezidentimizin regionlarda sahibkarlığın inkişafı proqramına və regionların inkişaf etdirilməsi kursuna xəyanətin bir işarəsidir”.

Hüquq-mühafizə orqanı rəhbəri adından istifadə edən bələdiyyə sədri vətəndaşı incidərək dövlətdən narazı salır. Hətta rayonun icra başçısı da ona bata bilmir.

Bu halda qəsəbə sakini məcburən dövlət başçısına müraciət edir. Yerlərdə vətəndaşların belə incidilməsi hakimiyyətə problem yaratmaqdır.

Dəfələrlə deyilib ki, icra başçıları, məmurlar insanlara xidmət etməlidir, kömək etməlidir. Ancaq məmurlar prezidentə qarşı gedərək narazılıq yaradırlar.

İş o yerə çatır ki, vətəndaş dövlətin başçısına yazmalı olur. Halbuki, adi torpaq məsələsidir, mülki işdir, onu yerindəcə həll etmək mümkündür.

Ancaq bölgələrdə məmurlar, icra başçıları işi böyüdürlər, mərkəzi hakimiyyətə getməsinə qədər vəziyyəti gərginləşdirirlər.

Bəzi məmurlar yerlərdə elədiyi çıxışlarla, əməlləri ilə mərkəzi hakimiyyəti pis vəziyyətdə qoyurlar

Dəfələrlə deputatların, icra başçılarının səhlənkar açıqlamaları hökumətin başına oyun açıb.

Bunun məsuliyyəti həm də prezidentin masasına həmin “kadr”ların dosyesini qoyan kuratorlarda, özünü qubernator elan edənlərdədir.

Onlar dövlət başçısını inandırlar ki, təqdim etdikləri şəxs həmin bölgəni yaxşı təmsil və idarə edəcək. Amma reallıq belə demir.

Və onlarla belə nümunələr göstərmək olar ki, ayrı-ayrı məmurların bisavad, hesablanmamış çıxışları yekunda hakimiyyətin başına iş açır.

Çünki nəticədə xalqla iqtidar üz-üzə qalırlar. Axı onlar dövlət məmurlarıdırlar, vətəndaşlara nümunə olmalıdırlar, bu cür məsuliyyətsiz çıxışlar edərkən nə düşünürlər?

Prezidentin daxili siyasi kursunu bilməyən həmin məmurların vəzifələrə təyin etdirənlər nazirlərdir, kuratorlardır.

Bunun nəticəsidir ki, belə məmurların çıxışları ucbatından Avropadan söyüş kampaniyası başlayır.

Yazıda adı keçən tərəflərin mövqeyini çap etməyə hazırıq.






dogruxeber.tv

Oxunub: 1 060

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər