dunya
14.04.2018
Putin Əsədi əvvəldən xəbərdar edib: Bazalar boşaldılıb

Rusiya rəsmi Dəməşqi gözlənilən hava zərbələri ilə bağlı əvvəldən xəbərdar edib
Bu barədə "Əl-Əhram" Suriya paytaxtındakı mənbəyə istinadən yazıb.
Mənbə bildirib ki, Suriya əvvəldən gözlənilən hücumla bağlı məlumat əldə edib. Buna görə də bir neçə gün ərzində hərbi bazaları boşaltmaq mümkün olub.
Artıq Surya ərazisinə 30-dan artıq raket atıldığı deyilir. Suriya ordusu onlardan ancaq 3-nü məhv edə bilib. Hazırda Suriya hökuməti dəymiş zərəri müəyyənləşdirir.
Qeyd edək ki, ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya bu gün endirilən birgə aviazərbələrinə səbəb 7 apreldə Duma vilayətində Əsəd qoşunlarının mülki əhaliyə qarşı kimyəvi silahdan istifadəsi göstərilir.


