hadise
18.04.2018
Bakıda ata ehtiyatsızlıqdan 4 yaşlı oğlunu avtomobillə əzərək öldürüb

Bakıda ata ehtiyatsızlıqdan oğlunu öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də saat 17 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Adil İsmayılov evinin həyətində "Range Rover” markalı avtomobili arxaya sürərkən oğlu 4 yaşlı Ayxanı vurub, nəticədə uşaq hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.


