PKK Türkiyə ilə ABŞ-ı qarşı-qarşıya qoydu













PKK/PYD terror təşkilatının ana təməlini təşkil edən Suriya Demokratik Qüvvələrinin (SDQ) siyasi qanadı olan Suriya Demokratik Konseyi ABŞ şöbəsi açmaq üçün rəsmi qeydiyyatdan keçib.

SDQ 31 yanvar tarixində ABŞ Ədliyyə Nazirliyinin xarici agentlik qanunu çərçivəsində (Foreign Agents Registration Act – FARA) "xarici siyasi partiya şöbəsi” kimi qeydiyyatdan keçib.

Burada diqqət çəkən detal isə Ədliyyə Nazirliyinin rəsmi saytına yüklənən sənədin Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı” hərəkatının başladığı 20 yanvardan 3 gün sonra, yəni 23 yanvarda doldurulmasıdır.

Şöbənin missiyası Amerikadakı qanuni fəaliyyətlərin Suriyadakı federalizmin bir çözümü olaraq seçilməsi, Türkiyə "işğalı”nın sonlandırılması və SDQ-nin nəzarətindəki bölgədə beynəlxalq hava limanının açılmasına icazə verilməsi istiqamətindədir.

FARA sənədlərinə görə, şöbədə SDQ-nın Vaşinqtondakı təmsilçisi, Suriya vətəndaşı Sinəm Məhəmməd və daha 3 vətəndaş işləyəcək. Şöbənin ünvanı isə "Haseki, Şimali Suriya Demokratik Federasiyası” kimi göstərilib.

SDQ şöbəsinin ABŞ-dakı fəaliyyətlərinin nələr olduğu sualına isə əsas hədəflər arasında Amerika hökumətinin Suriyada federalizmi dəstəkləyən qanunlar çıxarması cavabı verilib.

"ABŞ-da həyata keçirilən işlərin siyasi məzmunu olacaqmı” sualına isə "hə” cavabı qeyd edilib. Nəzərdə tutulan siyasi fəaliyyətlər isə bunlardır: Şimali Suriya Demokratik Federasiyası ordusunun daha yaxşı təmin edilməsi, İŞİD terror təşkilatından sonrakı dövrdə terrorla mübarizə mexanizminin yaxşılaşdırılması, Suriyadakı Türkiyə işğalının sonlandırılması və beynəlxalq hava limanının açılması.

"Müraciət sənədinə qeydiyyat aparılmadan öncə 60 gün içində xarici bir qaynaqdan maddi yardım istənildimi” sualına isə müsbət cavab verilib. SDQ-nın dəstəkçilərindən oktyabr-dekabr aylarında toplanan 60 000 dollarlıq yardım şöbənin maliyyə qaynağı kimi göstərilib./publika.az

Oxunub: 748

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər