Azər Həsrət CASCFEN sədrliyindən istefa verdi – BƏYANAT…













Otuz ilə yaxındır ki, ictimai fəaliyyətlə məşğul oluram. Bu müddət ərzində istər milli, istərsə də beynəlxalq olmaqla müxtəlif nüfuzlu təşkilatların həm quruculuğunda, həm də rəhbərliyində iştirak etmişəm. Könül verdiyim işdə hər zaman səmimiyyətimi qorumuş, insanlara faydalı olmağa çalışmışam. Vaxtı çatanda tutduğum rəhbər vəzifələrdən imtina etməkdən də çəkinməmişəm. Ona görə də əvvəl rəhbəri olduğum bütün təşkilatlarla sonrakı mərhələdə yaxın münasibətlərim və şəxsimə sayğı qalmaqdadır.
Qurucusu olduğum təşkilatlardan biri də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsidir (CASCFEN). 2003-cü ilin 20 mart günü Bakıda əsasını qoyduğumuz bu təşkilat ötən 15 il ərzində şərəfli yol keçmiş, istər Azərbaycan, istərsə də bizə doğma olan Orta Asiya ölkələri üçün faydalı işlərə imza atmışdır. Qurulduğu gündən sədri olduğum CASCFEN hər zaman milli maraqları rəhbər tutmuş, Azərbaycanın haqq səsi olmağa çalışmışdır. Bununla belə hər işin bir başlanğıcı olduğu kimi sonu da olur. O baxımdan hələ bir neçə ay öncə gəldiyim qərarımı elan etmək istərdim.
Bəyan edirəm ki, 23 aprel 2018-ci il tarixindən CASCFEN sədrliyindən istefa verirəm. Qurumun İdarə Heyətinin yaxın günlərdə toplaşaraq bu istefamı qəbul etməsini və yeni rəhbərlə bağlı qərar verməsini istərdim.
Mənim sonrakı fəaliyyətimlə bağlı onu da qeyd etmək istərdim ki, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, həmçinin Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, eyni zamanda xarici əlaqələr komissiyasının sədri kimi fəaliyyətimi davam etdirəcəyəm.
CASCFEN-in bütün üzvlərinə, eləcə də bizə hər zaman xüsusi rəğbət və sayğıyla yanaşan dostlara, dəstək olan insanlara ehtiramımı ifadə edirəm.












Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər