“Digərləri də Azərbaycana gətiriləcək”













Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı eks həmkarı Hüseyn Abdullayevin Azərbaycana gətirilərək həbs edilməsindən danışıb.

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, kimliyindən asılı olmayaraq kim Azərbaycan qanunvericiliyini pozursa və cinayət əməlinə yol verirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Hüseyn Abdullayev də qanunvericiliyi pozubsa ona hər hansı istisnalar ola bilməz. Bu fakta xüsusi yanaşma sərgiləməməliyik. Düşünürəm ki, məsələni fərdi müstəvidə izah etməyə ehtiyac yoxdur.

Mənə elə gəlir ki, onun həbsini indiki situasiya ilə əlaqələndirmək düzgün deyil. Sadəcə olaraq hüquq- mühafizə orqanlarının uzun müddətdən sonra aparmış olduğu araşdırmalar təsadüfən indiki zamana düşdü. Bu təsadüfi bir uyğunluqdur. Hüseyn Abdullayev elə xüsusi çəkiyə malik deyil. O bir Azərbaycan vətəndaşıdır və başqaları kimi müəyyən qanun pozuntularına yol verib. Harda yaşamasından asılı olmayaraq digər şəxsləri də əminəm ki, hüquq-mühafizə orqanlarımız Azərbaycana gətirəcək və onların da qanun qarşısında cavab verməsinə nail olacaqlar.

Hüseyn Abdullayev artıq sabiq deputatdır. Onun toxunulmazlığı vaxtilə aradan götürülüb. Ona görə də “Deputatın toxunulmazlığı haqqında” qanun eks deputatların heç birinə tətbiq olunmur”.

Son xəbərlər

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Neftimiz neçəyə satılır?

Kanada ilə ABŞ arasında 4,5 milyard dollarlıq körpü istifadəyə verildi

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Bütün xəbərlər