Yol polisi mayın 1-dən bu sürücüləri cərimələyəcək – Vaqif Əsədov














Avtomobillərin texniki baxışdan keçmə müddətinə 10 gün qalıb. Bəs görəsən mayın 1-nə qədər hansı model və il avtomobillər texniki baxışdan keçməlidir?

Avtosfer.az-ın suallarının Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb. O, qeyd edib ki, hər bir avtomobil texniki cəhətdən saz olmaldır. Avtomobili idarə edən şəxs buna ciddi fikir verməlidir. Çünki ən əvvəl öz təhlükəsizliyi üçündür. Həmçinin bununla əlaqədar olan tələbləri yerinə yetirməlidir. “Qanunveriliciyə görə idarə olunan avtomobil texniki baxışdan – diaqnostikaddan keçirilməlidir. Bununla əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bakı-Zabrat-Maştağa yolunun 1-ci km-də yerləşən dioqnostika mərkəzinə təqdim edilən istənilən növ nəqliyyat vasitəsinə xüsusi avadanlıqlarla texniki cəhətdən yoxlanılır. Avtomobil saz olması aşkar edilərsə o zaman xüsusi nişan verilir ki, maşının alın şüşəsinə vurulur. Bundan sonra sürücü öz avtomobili sərbəst istənilən istiqamətə sürə bilər.

Mayın 1-də MDB istehsalı olan bütün növ nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti başa çatır. Son zamanlar keçirilən reydlər zamanı bir sıra avvtomobillərin texniki baxışdan keçməməsinin şahidi oluruq. Bu çox narahatedici bir məqamdır. Bu günə qədər 100-ə yaxın avtomobilin texniki baxışdan keçmədiyi aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun şəkildə barələrində protokol tərtib edilib”.

Vaqif Əsədov bildirib ki, texniki baxışdan vaxtında keçməyən nəqliyyat vasitəsinin sürücüləri üçün inzibati xəta tərkibi yaranır və müvafiq olaraq fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüququ şəxslər isə 300 manat məbləğində cərimə olunur. Adətən texniki baxış müdddətinə az qalmış sürücülər müraciət edirlər və sünü sıxlıq yaranır. “Amma hazırda proses davam edir. Sürücülər rahat şəkildə gedib avtomobillərini öz iştirakları ilə texniki baxışdan keçirə bilərlər.”
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişiklikdən sonra texniki baxışa gedən sürücülərin sayı azalıb. Bununla bağlı da məlumat verən V.Əsədov qeyd edib ki, yeni dəyişikliyə əsasən, sürücülər onlara yazılmış cərimələri ödəməlidir. Əks halda texniki baxış prosesdə problemlər yarana bilər. “Təbii ki, cərimələri ödəmədəyi təqdirdə həmin avtomobil və sürücüsü hərəkətdən kənarlaşdırılmalı, duracağa aparılmalıdır. Texniki baxışdan keçməyə gedən zaman cərimələrin ödənməsini təmin edin. Sürücülər Asanpay.az saytında və qeydiyyatda olduğu rayon yol polisi şöbələrinə müraciət edərək barələrindəki cərimələri öyrənib ödəsinlər.”

Cəriməsi olan sürücülərin texniki baxışa getməməsi və sonra onları gözləyən aqibət barədə də danışan şöbə rəisi bildirib ki, bu vəziyyəti daha da ağırlaşdırır. “Burada bir qəribə mənzərə yaranır. Əgər sürücünün cərimələri ödəmək üçün imkan yoxdursa və bunu bilirsə o zaman heç olmasa qaydaları pozmalalıdır.”

Yol polisi əməkdaşlarının video görüntülərini yayan sürücülər barədə mövzuya toxunan Vaqif Əsədov bildirib ki, düşünmədən atılan adımlar cəmiyyət arasında xoşagəlməz informasiyaların yayılmasına şərait yaradır. “Əgər sürücünün hər hansı şikayəti varsa, əlində videogörüntü varsa sosial şəbəkələrdə deyil, Yol polisinin rəhbərliyi qarşısında məsələ qaldırmalıdır. Sürücülərə müraciət edərək bildirirəm ki, əgər sürücülər belə etsələr daha effektiv olar”.



Son xəbərlər

İşçinin pulu tutulur, haqqı isə qorunmur? – AHİK ətrafında cavabsız qalan suallar

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ!

Banklardakı sığortalı əmanətlərlə bağlı vacib qərar: faiz limitləri dəyişir?

Abşeronda binada partlayış: sakinlər təxliyə edilir

İrana zərbə dünya müharibəsinə səbəb ola bilərmi?

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Bütün xəbərlər