4 vəkilin fəaliyyəti müvəqqəti dayandırıldı – 2 nəfərdən məhkəməyə müraciət edildi













Aprelin 23-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Anar Bağırovun sədrliyi ilə keçirilən iclasda ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər çərçivəsində vəkilliyin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, habelə Rəyasət Heyətinin cari fəaliyyəti barədə iclas iştirakçılarına məlumat verilib.

İclasda həmçinin hazırda vəkilliyə qəbul üzrə həyata keçirilən işlər, xüsusilə vəkilliyə namizədlərlə Ədliyyə Akademiyasında aparılan icbari təlimlərin vəziyyəti qiymətləndirilmiş, icbari təlimi müvəffəqiyyətlə bitirmiş namizədlərin andiçmə mərasiminin təşkili məsələləri müzakirə olunub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, şifahi müsahibə mərhələsini uğurla keçmiş sabiq vəkil və hakimlərin, habelə iki nəfər hüquq elmləri doktorunun, cəmi 17 nəfərin vəkilliyə qəbulu üzrə andiçməsi keçirilmiş, onlara gələcək vəkillik fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda, təşkilati məsələlərə baxılaraq, bir sıra vəkillərin iş yerinin dəyişdirilməsi, fərdi vəkilliyə buraxılmaları ilə bağlı qərarlar qəbul olunmuş, səmərəli vəkillik fəaliyyətlərinə görə bəzi vəkillər Rəyasət Heyəti adından təltif olunub.

Bundan başqa, iclasda qərara alınıbki, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılsın və ən qısa müddət ərzində komissiya araşdırmanın nəticəsinə dair müvafiq arayışı Rəyasət Heyətinə təqdim etsin.

İclasın davamında vəkil qurumları və fərdi vəkillər tərəfindən istifadə olunan hüquqi yardım haqqında müqavilənin yeni forması təsdiq olunmuş və 01.06.2018-ci il tarixdən həmin formanın tətbiqinin başlanılması qərarlaşdırılıb.

İclasda vəkillər barəsində başlanılmış 29 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 4 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılmış, 2 vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunmuş, 1 vəkilə irad tutulub./azinforum.az

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər