dunya
24.04.2018
ABŞ Senatının Komitəsi Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini təsdiqləyib

ABŞ Senatının xarici əlaqələr komitəsi Mayk Pompeonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.
dogruxeber.tv-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, həftənin sonunadək M.Pompeonun namizədliyi Senatın ümumi heyəti tərəfindən səsverməyə çıxarılacaq.
Martın 13-də prezident D. Tramp Reks Tillersonu istefaya göndərərək dövlət katibi vəzifəsinə M. Pompeonun namizədliyini irəli sürüb.
Hazırda müvvəqəti olaraq ABŞ-ın dövlət katibi səlahiyyətlərini Con Sallivan icra edir.
Sosial səhifələrdə paylaş


