dunya
24.04.2018, 08:56
Corc Buş xəstəxanaya yerləşdirilib

ABŞ-nın sabiq prezidenti böyük Corc Buş Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.
dogruxeber.tv-ın xəbərinə görə, bu barədə CNN xəbər verib.
Məlumata əsasən, 93 yaşlı C.Buşun qanında infeksiya aşkarlanıb. Onun intensiv terapiya palatasına yerləşdirildiyi bildirilir.
Böyük Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.
Qeyd edək ki, ötən həftə C.Buşun həyat yoldaşı Barbara vəfat edib.
Sosial səhifələrdə paylaş


